Benitez: " Mourinyo məni qorxutmur"

Benitez: " Mourinyo məni qorxutmur"
GÜNDƏM 24 Fevral 2013 / 15:56 2483
-  A +

“Çelsi”nin baş məşqçisi Rafael Benitez Joze Mourinyonun Premyer Liqada yenidən çalışacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, “Çelsi”nin yenidən Joze Mourinyo ilə razılığa gələ biləcəkləri xəbərinə toxunan baş məşqçi bundan narahat olmadığını bildirib: “Çelsi” də karyeramı davam etdirmək üçün uğurlu bir mövsüm keçirmək istəyirəm. Üzərimdə hər hansı bir basqı yoxdur. Müqaviləm bitənə qədər klubum üçün ən yaxşısını etməyə çalışacam.

İspaniyalı baş məşqçi onun "Real"ı çalışdıracağı xəbərinə də aydınlıq gətirib:

“Real”la bağlı indiyə kimi bir çox sualla qarşılaşsam da cavab verməmişəm. Çünki ”Real”ın müqaviləsi davam edən bir baş məşqçisi var. Ona görə də bu haqda danışmaq hörmətsiz bir davranış olardı”.

Daha çox


Son xəbərlər