Rəvan” klubu “Qarabağ”a qarşı keçirilən Topaz Premyer Liqanın 21-ci turunun oyunundan sonra növbəti mövsümdən Azərbaycan çempionatında çıxışını dayandıracağını elan edib. Səbəb kimi isə cari çempionatda hakimlər tərəfindən tez-tez təzyiqlərə məruz qalmasını göstərib.
Əslində bir klubun özünə qarşı təzyiq hesab etdiyi qərara istənilən bir formada etiraz etmək hüququ var. Sirr deyil ki, bu mövsümdə paytaxt klubu dəfələrlə hakim idarəçiliyindən narazılığını ifadə edib və bütün bunlar sonda klubu daha sərt addım atmağa məcbur edib. Amma gəlin görək, “Rəvan”ın son qərarı peşəkarlıqla nə dərəcədə bir araya sığır, ümumiyyətlə, futbola və öz işinə belə münasibət nə dərəcədə normal bir haldır?
İlk növbədə onu qeyd etmək lazımdır ki, “Rəvan” klubunun bu qərarı prinsipcə məhəllələrarası yarışda uduzduğunu görüb meydanı tərk edən komandalarının hərəkətindən qətiyyyən fərqlənmir. Uduzmaqla barışmır və müxtəlif bəhanəylə meydanı tərk edir. Amma unutmayaq ki, “Rəvan” həvəskar yox, peşəkar komandaların mübarizə apardığı bir yarışda çıxış edir. Deməli, özü də peşəkar bir komanda kimi addım atmalıdır. Çünki “Rəvan” Azərbaycanda (və dünyada) hakim səhvləri ilə üzləşən yeganə komanda deyil. Amma indiyə qədər hələ heç kim soyuq başla sırf hakim səhvinə görə çempionatdan çıxmaq qərarı verməyib.
“Rəvan” isə belə qərar vermək istədiyini deyir. Hansı məntiqlə?
İradı, etirazı, narazılığı varsa, AFFA-ya, PFL-ə müraciət edə bilər. Hər halda, hakimin səhvi varsa – o da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun etiraf etdiyi kimi var – mütləq cəzasını alacaq. Hər halda, indi 90-cı illərin əvvəlləri deyil ki, futbolda və futboldan kənarda hamının başına istədiyin oyunu açasan. Amma açığı, “Rəvan” bu gün elə addım atır ki, sanki o zamanlarda olduğu kimi ölkədə və futbolda heç nə qaydasında deyil.
Bir səhvə görə çempionatdan və bütünlükdə futboldan imtina eləmirlər. Bu mənada, “Rəvan”ın son addımı sırf hakim səhvinə görə atdığı nədənsə səmimi görünmür. Bəlkə, klub rəhbərliyi, konkret, sponsor “Nurgun Motors” şirkəti “Rəvan” ilk altılığa düşməyib deyə belə addım atır? Bu versiya daha ağlabatan görsənir. Çünki son illər “Nurgun Motors”un maliyyələşdirdiyi “Muğan”, sonra isə “Rəvan” altılığa düşə bilməyib. Bunda isə günah dərinə gedəndə ən çox futbolçu və məşqçi heyətində yox, elə klub rəhbərliyinin özündədir. Əgər bir mövsümdə düz iki-üç dəfə baş məşqçi dəyişəcəksənsə, əlbəttə ki, komandan nəinki birinci altılıqdan, zamanı gələndə ikinci altılıqdan da kənarda qalacaq.
Digər tərəfdən, “Rəvan” bu qərarı “Azərbaycan futbolunun inkişafı - 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" çərçivəsində görülən işlər hələ yekunlaşmamış verir. Bu isə əlbəttə, Azərbaycan dövlətin yürütdüyü futbol siyasəti ilə nəinki qətiyyən uyğun gəlmir, əksinə bu siyasətə qarşı getmək görüntüsü yaradır.
Hər halda, “Rəvan” klubu rəhbərliyinin son bəyanatı əsəblərin tarıma çəkildiyi bir vaxtda verdiyi şübhə doğurmur. Yoxsa, niyə birdən-birə belə radikal fikrə düşəsən? 2003-cü ildən üzü bu yana, Fuad Musayevin AFFA prezidenti vəzifəsindən getməsindən sonra hələ heç kim Azərbaycan çempionatından çıxmaq haqda qərar verməyib.
Ümid edək ki, “Rəvan” rəhbərliyinin bu bəyanatı rəsmi bir qərara çevrilməyəcək və tarixə yalnız quru söz olaraq keçəcək.
GÜNDÜZ
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı