“Rəvan” Premyer Liqanı tərk edir

“Rəvan” Premyer Liqanı tərk edir
GÜNDƏM 23 Fevral 2013 / 13:46 3624
-  A +

Azərbaycan çempionatında növbəti qalmaqal baş vermək üzrədir. Topaz Premyer Liqanın 21-ci turunun dünən “Qarabağ”a qarşı keçirilən oyununda 2:3 hesabı ilə uduzduqdan sonra “Rəvan” klubu çempionatı tərk etmək istədiyini açıqlayıb.

Bu haqda məlumatı klubun vitse-prezidenti Bəhruz Şirəliyev verib. O, “Futbol +” qəzetinə açıqlamasında klubun sponsorlarının belə bir qərara gəldiyini deyib.

B.Şirəliyev hakimlər tərəfindən onlara qarşı qərəzli münasibətin olması səbəbindən belə qərara gəldiklərini söyləyib.

Klub rəsmisi növbəti mövsümdən çempionatda çıxış etməyəcəklərini bildirib.

 

Daha çox


Son xəbərlər