“Barselona”ya daha bir zərbə

“Barselona”ya daha bir zərbə
GÜNDƏM 22 Fevral 2013 / 13:09 3826
-  A +

İspaniyanın “Barselona” klubu futbol üzrə Çempionlar Liqasında İtaliya “Milan”ı ilə keçirəcəyi 1/8 final mərhələsinin cavab görüşünə baş məşqçi Tito Vilanovasız çıxacaq. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun prezidenti Sandro Rossel Vilanovanın hazırda ABŞ-da olduğunu bildirib.
 
Rossel deyib ki, Vilanova okeanın o tayına xəstəliyi ilə əlaqədar gedib.  Onun İspaniyaya martın sonlarında qayıdacağı gözlənilir.
 
Qeyd edək ki, “Barselona” ilə “Milan” arasındakı cavab görüşü martın 12-də “Nou Kamp” stadionunda olacaq. İlk görüşdə İtaliya komandası qalib gəlib – 2:0.

Daha çox


Son xəbərlər