Ronaldo "Real"la müqaviləni uzatmadı

Ronaldo "Real"la müqaviləni uzatmadı
GÜNDƏM 20 Fevral 2013 / 17:21 4352
-  A +

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo komandasıyla yeni müqavilə imazalamayacağını bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub prezidenti Florentinp Perez Ronaldoya mövcud müqaviləsinin müddətini uzatmağı və ildə 15 milyon avro təklif etsə də, o buna razı olmayıb.

Ronaldonun meneceri Xorxe Mendes buna səbəb kimi futbolçunun karyerasında yeni bir başlanğıca ehtiyac duymasını göstərib. Portuqaliyalı ulduzun bu mövsümün sonu "Real"ı tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Ronaldonu “Mançester Yunayted”, “Mançester Siti” və PSJ heyətinə qatmaq istəyir.

Daha çox


Son xəbərlər