"Ən yaxşı baş məşqçi mənəm"

"Ən yaxşı baş məşqçi mənəm"
GÜNDƏM 19 Fevral 2013 / 00:34 4127
-  A +

"Mançester Siti"nin baş məşqçisi Roberto Mançini özünü İngiltərədə ən yaxşı baş məşqçi adlandırıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italyan mütəxəssis bunu son 15 ayda qazandığı uğurlarla bağlayıb.İngiltərə Federasiya kubokunda  "Lids"ə qalib gəldikləri oyundan sonra "BBC"-yə açıqlama verən Mançini bunları bildirib: "Son 15 ayın nəticələrini nəzərə alsaq,İngiltərənin ən yaxşı baş məşqçisi mənəm. Altı ay əvvəl komandanın başına Pep Qvardiola gəlməlidir söyləyənlər var idi. Amma o "Bavariya"ya getdi. İndi başqa adlar danışırlar".

Çempionlar Liqasından başqa komandasına hər kuboku qazandırdığını söyləyən Mançini  heç bir baş məşqçinin 15 ayda bu qədər kubok qazanmadığını bildirib. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner