UEFA-dan “Fənərbaxça”ya rədd cavabı

UEFA-dan “Fənərbaxça”ya rədd cavabı
GÜNDƏM 15 Fevral 2013 / 00:02 3109
-  A +

“Fənərbaxça”nın Avroliqada bir ev oyununu azarkeşsiz keçirməsi ilə bağlı UEFA-nın çıxardığı qərardan verdiyi şikayətə baxılıb. Qol.Az-ın qitə futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, UEFA etirazı rədd edib.

Beləliklə, “Fənərbaxça” İstanbulda Belarus BATE-sinə qarşı keçirəcək 1/16 final matçının təkrar matçını boş tribunal önündə keçirəcək.

Xatırladaq ki, “Fənərbaxça”ya belə bir cəza komandanın azarkeşlərinin “Olimpik”(Lion, Fransa) oyunu zamanı stadionda problem yaratmaları səbəb olub.

Daha çox


Son xəbərlər
21.09.25  17:38

Mbappe Anrini keçdi