Ronaldo: "Qol vuranda sevinmədim"

Ronaldo: "Qol vuranda sevinmədim"
GÜNDƏM 14 Fevral 2013 / 02:32 4349
-  A +

Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"in (1:1) qapısına qol vuran "Real"ın futbolçusu Kriştiano Ronaldo oyundan sonra açıqlama verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, matçın əvvəlində qol vurduğu təqdirdə sevinməyəcəyini deyən Ronaldo, sözünə əməl edib:

"Matçı qazanmaq istəyirdim. Ancaq əvvəllər şərəfini qoruduğum "Mançester Yunayted"ə həmişə hörmət edirəm".

"Mançester Yunayted"ə  qarşı olan hörmətinə görə hesabı bərabərləşdirməyə sevinmədiyini vurğulayan Ronaldo, Çempionlar Liqasındakı qol sayını yeddiyə çatdırıb.

Daha çox


Son xəbərlər