“Qalatasaray” Milan Baroşla müqaviləni ləğv etdi

“Qalatasaray” Milan Baroşla müqaviləni ləğv etdi
GÜNDƏM 13 Fevral 2013 / 17:10 2519
-  A +

“Qalatasaray” çexiyalı hücumçusu Milan Baroşla yolları rəsmən ayırıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçu ilə müqavilə qarşılıqlı razılaşma yolu ilə ləğv edilib.

“Qalatasaray” Baroşa borclu olduğu 2.7 milyon avronu hissə-hissə ödəyəcək.

Qeyd edək ki, Baroşun İstanbul klubu ilə müqaviləsi hələ dörd aydan sonra başa çatacaqdı.

Daha çox


Son xəbərlər