"Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı”
“Bir tərəfdən Premyer Liqanın başlanmasına sevinirik, digər tərəfdən isə problemlərimiz var. Məğlubiyyətdə səbəbi araşdırmağa vaxt yoxdur. Meydan amili bu gün böyük rol oynadı. Hazırlıq vaxtı süni meydançada oyun keçirmədik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan"ın baş məşaçisi Əfqan Talıbov Premyer liqanın 19-cu turunda "Rəvan"a 0:2 hesabıyla uduzduqları oyundan sonra deyib.
Baş məşqçi məğlubiyyətin səbəblərini də izah edib: "Qış fasiləsində heyətdən 8 nəfər getdi, gecə-gündüz çalışmalıyıq ki, onların yerini dolduraq. Stukalovun oyununu fərqləndirmək istərdim. Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı”.