Danışılmış oyunlarda iştirak edən futbol komandası Avropa Klublar Birliyi (ECA) üzvlüyündən xaric ediləcək. Lent.az-ın məlumatına görə, bu barədə ECA-nın Qətərdə keçirilən toplantısında qərar qəbul edilib.
Birlik dopinq qəbul edən və irqçiliklə məşğul olan klublara da eyni cəzanı tətbiq edəcək. ECA-nın baş katibi Miçel Sentenaro deyib: “Məsul bir qurum olduğumuzu göstərmək üçün daha sərt qaydalar qəbul etməyin bizim üzərimizə düşdüyünü hiss etdik”.
Lakin qərar ötən il danışılmış oyunlarla bağlı məhkəməyə çəkilən Türkiyənin “Fənərbağça” klubuna şamil olunmayacaq. Sentenaro bunu “Fənər”ə Türkiyə Futbol Federasiyası tərəfindən bəraət verilməsi ilə izah edib.
Qeyd edək ki, ECA-nın 53 ölkədən 207 üzvü var. Onların arasında Azərbaycanın “Bakı”, Neftçi” və AZAL komandaları yer alıb. Hazırda toplantıda “Bakı”nın baş meneceri Zeynal Məmmədovla Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev iştirak edir.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı