Avropa İttifaqının polis xidməti (Avropol) bu gün Haaqada keçirdiyi mətbuat konfransında 18 aydır danışılmış oyunlarla bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb.
Qol.Az-ın xəbərinə görə, Avropolun məlumatına əsasən, göstərilən müddətdə dünya çempionatının seçmə matçları, Avropanın aparıcı çempionatları və Çempionlar Liqası turniri də daxil olmaqla 380 görüşün nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi üzə çıxıb.
Cinayətkar qruplaşma bu oyunlardan ümumilikdə 16 milyon avro gəlir əldə edib. Polisin məlumatına əsasən, ən böyük uduş bir matça görə 140 min avro təşkil edib. Avropol bildirir ki, təkcə Avropa deyil, Asiyadan olan cinayətkarlar da danışılmış oyunların iştirakçısı olublar. Bu günə qədər sözügedən faktlarla əlaqədar 50 nəfər həbs olunub.
Avropolun direktoru Rob Ueynrayt qeyd edib ki, bu araşdırma Avropa futbolunda böyük problemin olduğunu üzə çıxarıb.
R.Ueynrayt ad açıqlamasa da, 15 ölkədən 420 futbolçunun danışılmış oyunlarda iştirak etdiyini söyləyib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı