“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun Qol.Az saytına müsahibəsi
- Hazırda klublarımızın əksəriyyəti Antalyada təlim-məşq toplanışındadır. Siz də bildirmişdiniz ki, Antalyaya ya da Batumiyə gedəcəksiniz. Xaricə gedə bilməməyinizin səbəbi nə oldu?
- Maliyyə məsələlərini vaxtında yoluna qoya bilmədik. Maddi problemlər yarandı. Əvvəlcədən gedəcəyimiz yeri təyin edib sifariş verməli idik. Amma gecikdik.
- Bəs hazırda komandanız hansı şəraitdə məşqlər keçir?
- Birinci mərhələdə xaricə gedə bilmədik. İkinci mərhələdə Batumiyə səfər etmək istəyirik. Orada Gürcüstanın yüksək liqa klublarıyla oynamaq fikrimiz var. Bu da alınmasa, gərək biz yanvarın 30-da Bakıya gedək. Çünki fevralın 9-da “Rəvan”la süni meydançada oyunumuz olacaq. Ona görə də orda süni meydançada məşq etməliyik. Tovuzda biz həm Qaraxanlıda məşq edirik, həm də öz meydançamızda. Amma bizim meydança təbii ot örtüyü olduğu üçün gərək Bakıya gedib süni meydanda məşq edək. Təbii örtükdən süni örtüyə keçəndə əziyyət çəkirik.
- Futbolçularınızın durumu nə yerdədir? Hansı transferlər gözlənilir?
- Dünən bir məşqimiz oldu. Çalışırıq ki, optimal heyət quraq. Əsas heyətdən dörd futbolçumuz gedib. Buna baxmayaraq, komandaya cəlb etdiyimiz oyunçular da var. Onlarla çalışırıq ki, 1.5 illik müqavilə bağlayaq. Axşamkı məşqimizdə iki nigeriyalı oyunçu - hücumçu Bişop və pleymeker Krişto iştirak edəcək. Bundan başqa Ukraynadan da iki futbolçu hazırda baxışdadır. “Sumqayıt”dan və “Simurq” un da hərəsində bir futbolçunu baxışdan keçiririk. “Turan”ın özünün də beş yetirməsi var ki, onların da oyunların yoxlayırıq.
- Komandanız doqquzuncu yerdə olsa da, siz özünüzü ilk “altılığ”a iddialı sayırsınız. Təlim- məşq toplanışını digər klublar kimi ölkə xaricində keçirə bilməməyiniz bu istəyinizə mane olmayacaq ki?
- Çalışacağıq ki, bu çətinliklərə baxmayaraq, yaxşı nəticə qazanaq.
- Tovuz stadionunun meydançasında hamı narazılıq edir. Hazırda orada durum necədir?
- Oktyabr, noyabr aylarında yağışlar oldu. Həmin vaxt meydança yararsız hala düşdür. Son günlər havalar yaxşı keçdiyindən meydançanın otu cücərib və hazırda yaxşı vəziyyətdədir. Birinci oyunumuz da səfərdədir. Yəqin ki, ev oyununa qədər meydança tam qaydasına düşəcək.
- Bilirik ki, artıq qapıçı Andrey Papoviçi bağışlamısınız. Qış fasiləsindən sonra onu meydanda görəcə biləcəyik?
- Papoviç hazırda 21 yaşlılarda ibarət milli komandayla Antalyadadır. Məşqlərdə özünü tam səfərbər edib, səhvlərini boynuna alıb. Ciddi şəkildə məşqlər edir. Ora gedəndə də tapşırmışıq ki, ordan gələndə Kamal Bayramova müqavimət göstərsin ki, əsas heyətdə yer ala bilsin.
- Salif Ballonun aqibəti necə oldu?
- Salif Ballo komandada qaldı. May ayında müqaviləsi başa çatacaq. Onunla danışığımız olub, başa saldıq ki, may ayına qədər elə bir oyun nümayiş etdirsin ki, həm öz nüfuzunu qaldırsın, həm də isti münasibətlərlə ayrılaq.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir