Çempionlar Liqası: “Rabitə” də 1/3 finalda

Çempionlar Liqası: “Rabitə” də 1/3 finalda
GÜNDƏM 25 Yanvar 2013 / 03:21 2053
-  A +

Azərbaycanın daha bir klubu voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasının 1/3 finalına vəsiqə qazanıb.

Qol.Az-ın məlumatına görə, “Azərreyl”in ardından “Rabitə” də 1/6 final mərhələsini uğurla adlayıb.
 
Baş məşqçi Marçello Abbondantsanın komandası səfərdə 3:1 hesabı ilə yendiyi Fransa “Kann”ını evdə də məğlubiyyətə uğradıb – 3:0. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş görüşdə “Rabitə” ilk seti 25:19, ikincisini 25:18, üçüncüsünü isə 25:17 hesablı üstünlüklə tamamlayıb. Təmsilçimiz 1/3 finalda Rusiyanın “Dinamo” (Kazan) komandası ilə üz-üzə gələcək. İlk oyun 5 - 7 fevralda Kazanda, cavab görüşü isə 12 - 14 fevralda Bakıda olacaq.
 
Qeyd edək ki, “Azərreyl”in 1/3 finaldakı rəqibi bu axşam keçiriləcək “Yamamay” (İtaliya) – “Şveriner” (Almaniya) matçından sonra müəyyənləşəcək. İlk görüşdə “Şveriner” üstün olub – 3:2. 

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer