"Neftçi"dən ardıcıl üçüncü qələbə

"Neftçi"dən ardıcıl üçüncü qələbə
GÜNDƏM 23 Yanvar 2013 / 20:57 9580
-  A +

Antalyada hazırlıq prosesində olan "Neftçi" bu gün üçüncü yoxlama oyunu keçirib.

Qol.Az-ın Antalyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, "Neftçi" Makedoniya çempionatında ikinci yeri tutan "Metallurq" klubu ilə görüşüb.
 
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun gedişatında "Neftçi" azlıqda qalsa da "Metallurq"a 2:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bundan əvvəl "Neftçi" Rusiyanın "Rotor" komandasına 1:0, Qazaxıstan "Aktobe"sini isə 3:2 hesabı ilə məğlub etmişdi.



19.00. "Neftçi" - "Metallurq" - 2:1

Qollar "Neftçi": Flavinyo, 32 (1:0), Kanales, 60 (2:1)

Qırmızı vərəqə "Neftçi": Vobay

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner