Sneyder rəsmən “Qalatasaray”da

Sneyder rəsmən “Qalatasaray”da
GÜNDƏM 21 Yanvar 2013 / 12:03 3320
-  A +

Uzun müddətdir “Qalatasaray”ın hədəfində olan “İnter”in hollandiyalı futbolçusu Uesli  Sneyderlə 3.5 illik müqavilə imzalanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Uesley Sneyder ildə 4 milyon avro qarşılığında 3,5 il “Qalatasaray”da oynamağı qəbul edib. “Qalatasaray” transfer üçün “İnter”ə 7,5 milyon avro, oyunçunun menecerinə isə 1 milyon avro ödəyəcək.

“Qalatasray TV”-yə açıqlama verən Sneyder  bu komandaya keçidinə görə özünü xoşbəxt hiss etdiyini bildirib:
 
“Qalatasaray"a keçidlə bağlı qərar verdiyim üçün xoşbəxtəm. Bu, dünya səviyyəli bir komandadır. İlk matça çıxacağım üçün indidən həyəcanlıyam. Böyük matçlarda oynamağı sevirəm. Fatih Terim haqqında İtaliyada çox şey eşitdim, onunla çalışmağı həyəcanla gözləyirəm. Komandadakı futbolçuların da çoxunu tanıyıram. Tərəfdarları sevindirmək istəyirəm”.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer