Millimiz Rusiyada 12-ci oldu

Millimiz Rusiyada 12-ci oldu
GÜNDƏM 13 Yanvar 2013 / 23:16 1494
-  A +

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, 11-ci yer uğrunda oyunda komandamız Belarus yığması ilə qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əsasnaməyə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən belaruslu futbolçular ümumi nəticədə 6:4 hesabı ilə qələbə qazanıb.

Beləliklə, Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 16 komanda arasında 12-ci yeri tutub.

Daha çox


Son xəbərlər