Hazırda Türkiyənin Antalya şəhərinin “Mardan” İdman Kompleksində məskunlaşmış “Neftçi”nin prezidenti Sadıq Sadıqov komandanın düşərgəsinə gəlib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər zaman komandanın yanında olan klub prezidenti bu dəfə də onları tək qoymayıb.
Klub prezidentinin ilk gündən komandanın yanında olması futbolçularda əlavə ruh yüksəkliyi yaradıb. Sadıq Sadıqov burada yaradılmış şərait ilə yaxından tanış olandan sonra məşqçilər korpusu və komanda ilə görüş keçirib:
“Artıq neçə ildir ki, “Neftçi” qış hazırlıq mərhələsini bu məkanda keçirir. Yüksək səviyyədə hazırlıq üçün burada istənilən şərait var. Ardıcıl iki il ölkə çempionu olan “Neftçi”, Avropa Liqasında da qrup mərhələsinə adlayaraq tarix yazdı. Bunun davamını gətirmək üçün hazırlıq dövründə məşqçilər heyəti, eləcə də futbolçular var qüvvələri ilə çalışmalıdır. Artıq Bahadır Nəsimov da müalicəsini başa vuraraq komandanın sıralarına qoşulub. Eyni zamanda komandanın gücləndirilməsi üçün yeni futbolçular da cəlb olunacaq. Bu futboçular arasında sağlam rəqabətin artmasına səbəb olmaqla yanaşı, komandanın gücünə güc qatacaq.
“Neftçi”də gənc futbolçuların yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlamışıq. Bu gün də əsas məqsədlərimizdən biri gənclərimizi daha da inkişaf etdirməkdir. Elə buna görə də, Antalya hazırlığına həmişə olduğu kimi əsas heyətin üzvləri ilə yanaşı, gənc futbolçular da cəlb olunub. İnanıram ki, onlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Gənclərin daha təcrübəli komanda yoldaşları ilə birgə meydana çıxması inkişafa səbəb olacaq başlıca amillərdəndir. Bu gənclərin püxtələşməsi “Neftçi” ilə yanaşı, Azərbaycan futboluna da gələcəkdə faydalı olacaq”.
Sonda “Neftçi”nin prezidenti Sadıq Sadıqov komandanın qazandığı tarixi uğurun davamını gətirmək üçün əsas hədəfin çempionluq olduğunu bir daha vurğulayıb.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası