“Xəzər Lənkəran” klubunun gənclər inkişaf proqramının rəhbəri vəzifəsinə İlhan Akgül təyin olunub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün klubun ofisində türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İlhan Akgül klubun aşağı yaş qruplarına nəzarət edəcək. 41 yaşlı İlhan Akgül “Xəzər Lənkəran” camiəsinə yaxşı tanışdır. O, vaxtilə klubda idman direktoru vəzifəsində çalışan Cüneyt Biçər tərəfindən digər türk məşqçilərlə birlikdə “Xəzər Lənkəran”a dəvət olunmuş və bir il ərzində aşağı yaş qruplarını çalışdırmışdır.
Cüneyt Biçərdən fərqli olaraq İlhan Akgül vaxtilə özü də futbolçu həyatı yaşayıb. O, 19 il Türkiyənin müxtəlif liqalarında çıxış edən komandalarda 500 oyun keçirib, o cümlədən 7 il Superliqa təmsilçisi olmuş “Altay" klubunun şərəfini qoruyub.
İlhan Akgül məşqçi qismində artıq 6 ildir ki çalışır. O, UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. Mütəxəssis Türkiyə millisinin aşağı yaş qrupları üzrə koordinator və məşqçi köməkçisi vəzifələrində çalışıb.
Klubun rəsmi saytına danışan Akgül komandada gələcək fəaliyyətinin uğurlu olacağına əminliyini bildirib: "Azərbaycan futbolu və “Xəzər Lənkəran” mənə yaxşı tanışdır. Çünki mən bir il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhvə verəcək. Aşağı yaş qruplarına yüzlərlə uşaqlar gəlir və onlardan yalnız bir neçəsi yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdir. Biz çalışacağıq ki, futbolçular tək fiziki baxımdan yox, həm də insani və təhsil baxımından da inkişaf etsinlər.
Bu məqsədlə bizim 2 növ məşqlərimiz olacaq: 1. futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması üçün onların fiziki baxımdan təkmilləşdirilməsi; 2. fərdi xarakterin formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya uyğunlaşmasının təmin edilməsi. Bu tədbirlər nəticəsində biz bacarıqlı futbolçuların yetişməsinə nail olacağıq, futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar”.
Haalanddan yeni rekord
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi