"Barselona" yeni rekorda doğru

"Barselona" yeni rekorda doğru
GÜNDƏM 8 Yanvar 2013 / 02:56 3777
-  A +

İspaniya çempionatının 18-ci turunda “Espanyol”u 4:0 hesabı ilə yenən “Barselona” 70 il əvvəlki rekordu təkrarlayıb.

Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi çempionatda ardıcıl 36-cı matçını qolla başa vurub.
 
Sonuncu dəfə belə nailiyyət 1940-cı illərdə müəyyənləşdirilib. Həmin vaxt “Barsa” 1942-1943-cü il mövsümünün 9-cu turundan 1943-1944-cü il mövsümünün 18-ci turunadək hər oyunda fərqlənərək, 106 qol vurub. Cari mövsümün 19-cu turunda baş məşqçi Tito Vilanovanın komandası səfərdə “Malaqa”nı da məyus etməyi bacarsa, əvvəlki rekordunu təzələyəcək.
 
Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2012-ci il yanvarın 29-da “Vilyarreal”la görüşdə qol vura bilməyib.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır