"Qalatasaray"dan Quarejma açıqlaması

"Qalatasaray"dan Quarejma açıqlaması
GÜNDƏM 3 Yanvar 2013 / 12:19 3282
-  A +

Türkiyənin "Qalatasaray" klubu "Beşiktaş"ın hücumçusu Rikardo Quarejmanın transferi ilə bağlı rəsmi açıqlama yayıb.

Qol.Az-ın məlumatına görə, açıqlamada son Türkiyə çempionunun portuqaliyalı futbolçu ilə maraqlanmadığı bildirilib:

"Son günlər mətbuatda Quarejmanı transfer edəcəyimizlə bağlı yazılan xəbərlər tamamilə yanlışdır. Quarejmanın istedadı müzakirə olunmayacaq səviyyədə olsa belə, o bizim transfer hədəfimizdə deyil. Ona görə də "Beşiktaş"la heç bir görüşümüz olmayıb. Bu xəbərlə yanaşı, "Qalatasaray"dan da ayrılacaq futbolçular haqda çıxan məlumatlar da yanlışdır".

Daha çox


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner