Pepe: “Mourinyo və Ronaldo “Real”dan getsə...”

Pepe: “Mourinyo və Ronaldo “Real”dan getsə...”
GÜNDƏM 27 Dekabr 2012 / 12:57 4050
-  A +

“Real”ın müdafiəçisi Pepe həmyerliləri Joze Mourinyo və Kriştiano Ronaldonun Madrid klubundan mümkün gedişatının onun karyerasına təsir etməyəcəyini bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, o qeyd edib ki, adları çəkilən şəxslərin “Real”la bağlı qərarları onların özünə məxsusdur: “Əgər onlar “Real”dan getsələr, mən eyni addımı atmayacağam. “Real”dan zamanı gələndə gedəcəyəm”.

Pepe gələcəkdə “Portu”ya qayıtmaq istədiyini söyləyib: “Çünki bu klubda mən futbolçu kimi çox şey öyrənmişəm”.

Qeyd edək ki, son vaxtlar İspaniya mətbuatında Mourinyo və Ronaldonun “Real”ı tərk edəcəyi haqda məlumatlar dolaşır.
   

Daha çox


Son xəbərlər