Azərbaycan Premyer Liqasının növbəti mövsümündə legioner limiti olduğu kimi qalacaq. Bunu "Trend"ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
R.Musayev bildirib ki, Premyer Liqada legionerlərin sifarişi üçün ödəniləcək məbləğ də olduğu kimi qalacaq.
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 formatındadır. Yəni hər bir komanda əsas heyətində ən çox 7 əcnəbi futbolçu ilə oynaya, 4 əcnəbidən isə ehtiyat futbolçu kimi istifadə edilə bilər.
Xatırladaq ki, əcnəbi futbolçunun birinci qeydiyyatı üçün 20 min manat rüsum ödənilir, ikinci qeydiyyatı üçün 10 min, üçüncü qeydiyyatı üçün isə 5 min manat ödənilir. Əcnəbi futbolçu öz ölkəsinin əsas milli komandasında oynayırsa, həmin futbolçu rüsumdan azad olunur.
2012-ci ilin yekunlarını qiymətləndirən PFL prezidenti bildirib ki, Azərbaycan Premyer Liqasının oyunları getdikcə daha baxımlı olur.
"Fasiləyə qədər oyunlar çox maraqlı keçdi, hətta mən deyərdim ki, ilk "altılığ"a 10 komandanın düşmək ehtimalı var, bunun özü də çox maraqlıdır. Bununla razı olmayanların futboldan anlayışı yoxdur", - deyə R.Musayev bildirib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var