Mario Balotellinin qardaşı polisləri döydü

Mario Balotellinin qardaşı polisləri döydü
GÜNDƏM 26 Dekabr 2012 / 02:25 2324
-  A +

"Mançester Siti" klubunun hücumçusu Mario Balotellinin qardaşı Enoç Bavuah İtaliyada həbs edilib.

Qol.Az-ın məlumatına görə, buna Bavuahın iki polis əməkdaşını döyməsi səbəb olub.

Breşiya şəhərində barların birində bacısı Abigaillə birgə içkili halda olan Bavuah polis məmurlarına hücum çəkib. Balotellinin qardaşının şəhərdə ayaqyalın və köynəksiz vəziyyətdə dolaşdığı bildirilir.

Qeyd edək ki, daha öncə Balotelli maşını ilə sürət həddini aşdığı üçün saxlanıldığı zaman polis məmurlarına hücum çəkməkdə ittiham olunmuşdu.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır