"Rəvan"a texniki məğlubiyyət verildi

"Rəvan"a texniki məğlubiyyət verildi
GÜNDƏM 25 Dekabr 2012 / 14:34 2773
-  A +

AFFA İntizam Komitəsi "Rəvan" klubuna texniki məğlubiyyət verib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bununla bağlı qərarda deyilir ki, Premyer Liqanın XVIII turunun “Simurq” – “Rəvan” matçının 68-ci dəqiqəsində “Rəvan” klubunun heyətində futbolçusu Tural Cəlilovun əvəzinə futbolçusu Nemaniya Vidakoviç (8-ci legioner futbolçu) daxil olub və  nəzərdə tutulan limit pozulub. Bu səbəbdən  “Rəvan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Daha çox


Son xəbərlər