Aqil Məmmədov: "İlk “altılığ”a düşməməyimiz faciə olar"

Aqil Məmmədov: "İlk “altılığ”a düşməməyimiz faciə olar"
GÜNDƏM 22 Dekabr 2012 / 13:06 2270
-  A +

"Bu gün bizi “İnter”lə çətin oyun gözləyir. Lakin düşünürəm ki, çətin olduğu qədər turun ən maraqlı görüşlərindən birinin şahidi olacağıq. Komandada motivasiya çox yüksəkdir. Buna görə də meydana yalnız qələbə üçün çıxacağıq. Bu üç xal bizim üçün hava-su kimi çox önəmlidir. İnanıram ki, bu gün qələbə qazanan, gülən tərəf “Bakı” olacaq".

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Bakı” klubunun qapçısı Aqil Məmmədov deyib.

Hazırki vəziyyətlərinin o qədər də ürəkaçan olmamasına baxmayaraq, A.Məmmədov ilk “altılıq”da yer alacaqlarına inandığını bildirib: "Bakı" hər zaman iddialılar sırasında olub. Yalnız titul üçün mübarizə aparıb. Buna görə də bizim ilk “altılığ”a düşməməyimiz faciə olar. Öz gücümüzə inanırıq və ümid edirik ki, gələn il ən güclü altı komanda arasında “Bakı”nın da adı olacaq".

Daha çox


Son xəbərlər