Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbir Bakı vaxtı ilə saat 14:30-da başlayıb.
Qaydalara əsasən bu mərhələdə qrup qalibləri ikinci pillənin sahibləri ilə üz-üzə gələcək. Bu mərhələdə bir qrupda yer almış və eyni ölkənin təmsilçilərinin qarşılaşması mümkünsüzdür.
Püşkün nəticəsinə əsasən, qardaş Türkiyənin "Qalatasaray" klubu Almaniya "Şalke"si ilə üz-üzə gəlib ki, bu da "Cim-Bom"un baş məşqçisi Fatih Terimin dediyi kimi, onlar üçün münasib rəqibdir.
Ümumilikdə, ÇL-in 1/8 final mərhələsində cütlükləri aşağıdakı kimidir:
"Qalatasaray" (Türkiyə) - "Şalke" (Almaniya)
"Seltik" (Şotlandiya) - "Yuventus" (İtaliya)
"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Şaxtyor" (Ukrayna) - "Borussiya" (Almaniya)
"Milan" (İtaliya) - "Barselona" (İspaniya)
"Real" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)
"Valensiya" (İspaniya) - PSJ (Fransa)
"Porto" (Portuqaliya) - "Malaqa" (İspaniya)
1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
"İnter"ə keçə bilər
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi