“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin Qol.Az saytına müsahibəsi
- Yola salacağımız 2012-ci ili komandanız üçün necə dəyərləndirirsiniz?
- İlk növbədə deyim ki, bu mövsüm komandamızda zədəli futbolçular çox oldu. Mövsümün yarısından çoxu geridə qalıb. Amma son 17 turun heç birində komandamız optimal heyətlə meydana çıxa bilməyib. Bu mənada çətin dönəmlər yaşadıq. Məcbur qalıb, zədəli və cəzalı futbolçuların yerinə əvəzediciləri buraxdıq. Ona görə də qeyri-sabit çıxış etdik. Bundan başqa bir neçə dəfə hakimlərin kobud səhvlərinin qurbanı olduq. Bura “Simurq”, “Qəbələ” və AZAL-a oyunları daxil etmək olar. Hətta bizim bir neçə oyunlarda belə təmiz penaltilərimiz verilməyib. Düzgün qərarlar olsaydı, biz “Qəbələ”ni də, AZAL-ı da məğlub edə bilərdik. Ancaq təkcə bizdə deyil, ümumilikdə hər yerdə hakimliklə bağlı bu cür problemlər olur.
- Artıq qış fasiləsinə cəmi bir tur qalıb. Komandada nə kimi dəyişikliklər gözlənilir?
- Çox güman ki, müəyyən futbolçular “Sumqayıt”dan göndəriləcək və yeniləri gətiriləcək.
- Konkret kimlərlə yolları ayırmaq barədə düşünürsünüz?
- Hələlik bu haqda danışmaq istəmirəm.
- Bəs, transfer dönəmində yerlilərə, yoxsa, əcnəbilərə üstünlük verəcəksiniz?
- Biz legioner sözündən çəkinmirik. Lakin əcnəbi futbolçular gətirmirik. Bilirsiniz, xarici ölkədə yaşayan və damarında azərbaycanlı qanı olan futbolçunu əcnəbi saymıram. Ola bilər, belə futbolçulara üstünlük verəcəyik. Bu barədə bizim bəzi planlarımız var. Çünki hazırda Azərbaycanda oynayan yerli futbolçu çox pul istəyir. Əslində isə tələb etdiyi pul onun potensialına uyğun gəlmir.
- Nə qədər pul istəyirlər ki?
- Köhnə klubunda bir ilinə əlli min alırsa, digər bir iddialı kluba iki yüz minə keçir. Lakin onun oyununda heç bir dəyişiklik və ya irəliləyiş olmur. Lakin bu sözlərə gənc futbolçulara aid etmək olmaz. Məsələn, biz bu il Abdulla Abasiyevi və Bədavi Hüseynovu “İnter” və “Qarabağ”a yola saldıq. İndi görəcəksiniz, bu futbolçularda necə irəliləyiş olacaq.
- Son vaxtlar komandanızın baş məşqçisi Bernhard Raabın istefaya göndərilməsi haqda fikirlər tez-tez səslənir. Bəs bu haqda nə düşünürsünüz?
- Raabı indi istefaya göndərməklə nə dəyişəcək?! Azərbaycan klublarının neçəsində olub ki, mövsümün hansısa bir hissəsində baş məşqçini dəyişib, amma inkişaf olmayıb. Bəzən mənə “Qəbələ”də çalışan Ramiz Məmmədovu misal çəkirlər. Ancaq unutmaq lazım deyil ki, Ramiz müəllim həmin komanda üçün yeni məşqçi deyil. O, “Qəbələ”ni hamıdan yaxşı tanıyır. Harda görmüsünüz ki, yeni baş məşqçi gələn kimi klubda hər şey yaxşılığa doğru gedir. Biz fərqli siyasət yürüdür. Bəzi klublar var ki, öz məşqçilərinə uzun müddətli etibar edirlər. Biz də məhz bu komandalar sırasındayıq. Yeri gəlmişkən, gəlin görək Bernhard Raab milli üçün neçə futbolçu verib? Murad Ağayev, Bədavi Hüseynov, Uğur Pamuk və Ruslan Qurbanov əsas milliyə çağırılıb. Uzun müddət millidən kənar qalan Səlahət Ağayevi yenidən yığmaya dəvət alıb. Biz balaca kiçik büdcəylə yaşayan komandayıq. Ancaq Azərbaycan futboluna xeyrimiz az dəymir. Keçən tur “Rəvan” üzərində qələbə qazandıq. İnşallah, növbəti turda bunu “Kəpəz” üzərində də reallaşdırmaq istəyirik.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi