Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” klubunun hücumçusu Pərdis Fərcad-Azad hazırlıq mərhələsi və qarşıdakı oyunlarla bağlı klubun rəsmi saytına müsahibə verib.
- Komandanın hazırlıq mərhələsi barəsində nə deyə bilərsən?
- Hər gün "Bayıl Arena"da hazırlığımızı davam etdiririk. Ən böyük çətinliyimiz heyətlə bağlıdır. İlk onbirliklə meydana çıxa bilmirik. Lakin son görüşlərlə müqayisədə əsas heyət üzvlərindən bəziləri sıraya qayıdıb. Kollektivdə əhval-ruhiyyə olduqca yüksəkdir. Hamılıqla növbəti iki oyunumuz “Rəvan” və “Kəpəz”lə qarşılaşmaları düşünürük.
- “Rəvan”la oyunda hansı nəticəyə ümid edirsən?
- İli uğurlu nəticələrlə başa vurmaq istəyirik. Bunun üçün qarşıdakı “Rəvan” və “Kəpəz”lə oyunu fikirləşirik. Əvvəlcə həftəsonu “Rəvan”la üz-üzə gələcəyik. Bu qarşılaşmada məğlub olmaq istəmirik. Əsas hədəfimiz isə iki oyundan maksimum nəticə qazanmaqdır. İki matçdan 4 xal qazansaq da, bunu pis nəticə saymaq olmaz.
- Oyun zamanı meydanda ən çox kiminlə yaxşı anlaşırsan?
- Ümumilikdə götürsək, klubda yer alan hər kəslə xoş münasibətim var. Uşaqları biri-birindən fərqləndirmək istəmirəm. Həqiqətən hamının öz yeri var. Qaldı ki, meydanda çıxışıma daha çox Uğur Pamuk, Ruslan Qurbanov və Orxan Əliyevin adını çəkə bilərəm.
- Bir müddət əvvəl Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında iştirak etdin. Millidə olmaq səndə hansı təəssüratları yaratdı?
- Dəfələrlə demişəm ki, mən azərbaycanlıyam. Bu ölkənin millisində olmağa haqqım çatır. Ən böyük arzularımdan biri çin oldu desəm yalan olmaz. Seleksiya xarakterli təlim-məşq toplanışı zamanı özümü yaxşı tərəfdən göstərdiyimə inanıram. Oradakı əhval-ruhiyyə məni razı saldı. Məşqlərdən sonra A millimizin baş məşqçisi Berti Foqts mənə bəzi tapşırıqlar verirdi. Məşqçilərdən öyrənəcəyim çox şeylər var. İnşallah, millinin növbəti toplanışlarına da dəvət alaram.
- Premyer Liqada 16 tur arxada qalıb. Bütün klublara qarşı da çıxış etmisən. Səncə “Sumqayıt” mövsümü hansı pillədə tamamlayacaq?
- Əvvəldə də qeyd etdim ki, tam heyətlə hazırlaşa bilmirik. Əgər 2012-ci ildə baş tutacaq iki oyundan 6 xal qazansaq ilk altılıq uğrunda mübarizə apara bilərik. Lakin bu olduqca çətin olacaq. Bunu bacarmasaq, mövsümün sonunda turnir cədvəlini 8-ci pillədə başa vura bilərik.
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım