“Ardıcıl 63 görüşdə əvəzlənmədən oynamaq kimi göstəriciyə sahib olmağımdan xəbərim yoxdur. Daha doğrusu, şəxsi göstəricilərimlə elə də maraqlanmıram”. Qol.Az-ın məlumatına görə, bu sözləri Albaniya millisinin və “Qarabağ”ın müdafiəçisi Adir Teli klubun rəsmi saytına deyib.
Sonuncu dəfə 2 il bundan əvvəl dekabrın 18-də baş tutan “Qarabağ” – “Muğan” görüşündə meydanda olmayan 31 yaşlı legioner həmin vaxtdan əvəzlənmir. Premyer Liqada 63, ümumilikdə isə 70-dən artıq oyundur daim meydanda əvəzolunmadan mübarizə aparan müdafiəçi sabitliyinin sirini klubun rəsmi saytına açıqlayıb: “Bunu nəyə borcluyam? Heç bir məşqi buraxmamağa, xaraktercə daim futbolu düşünməyimə və bir də baş məşqçinin inamına. Bu 3 komponent bir-birini bağlayır. Amma qeyd etdiyim kimi, bu nəticə məni elə də maraqlandırmır”.
Teli hazırda lider olan komandasının çempionluq iddiasından da danışıb: “4 ildir “Qarabağ”dayam. Zənnimcə, çempionluq qazanmaq hər şeydən daha vacibdir. Komandada prezidentdən tutmuş ən sıravi işçiyə kimi hamı çempionluğa acdır. Mən də inanılmaz dərəcədə çempionluq istəyirəm. Düşünürəm ki, bunun zamanı çatıb. Baxmayaraq ki, çempionatda rəqabət artıq qızıl medal qazanmalıyıq. Əvvəllər bizim 2 və ya 3 rəqibimiz olardı. İndi fikir verin, 6-7 komanda 1-ci yerə istəklidir. Təbii ki, qışa lider kimi yollanmaq istəyirik. Bu bizə əlavə stimul verəcək”.
Alban legioner heyətin gücləndirilməsini lazım bilir: “Komandaya transfer məsələsinə qarışmıram. Təbii ki, komandanın gücləndirəcək futbolçuya hər zaman ehtiyac var. Amma qeyd etdiyim kimi, bu baş məşqçinin səlahiyyətinə aid olan bir şeydi. “Bakı”yla qarşıdan gələn oyun elə də asan olmayacaq. Ötən mövsüm revanşı haqda düşünmürük. Düzdür, Avroliqaya gedən yolumuzu bağlamışdılar. Amma keçmişlə yaşamaq bu gün bizə uğur gətirməyəcək. Daim işləməli və hər oyuna xüsusi diqqət yetirməliyik”.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı