"Barselona" klubunun sabiq baş məşqçisi Pep Qvardiolanın adı daha bir ingilis komandası ilə hallanır.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssisin "Arsenal"ı çalışdırmaq istədiyi iddia olunur.
Son turlar "Arsenal"ın uğursuz çıxışı baş məşqçi Arsen Vengerin komandadan gedişini tezləşdirə bilər. Belədə Qvardiolanın "Arsenal"ı çalışdırmaq şansı yüksək göstərilir.
Lakin London təmsilçisiylə 2014-cü ilə qədər müqaviləsi olan Vengerin gələcək taleyinə mövsümün sonunda aydınlıq gələcək. "Arsenal" rəhbərliyi Vengerin işindən narazı qalacağı təqdirdə fransız mütəxəssislə yollarını ayıracaq. Qvardiolanın "Arsenal"a üstünlük verməsinin səbəbi də müəyyənləşib. "Çelsi" və "Mançester Siti"yə nisbətən "topçular"ın baş məşqçi ilə uzun müddət çalışması Qvardiolanı cəlb edən əsas amillərdəndir. Məhz buna görə də Qvardiolanın növbəti iş yerinin İngiltərə Premyer Liqası olacağı söylənilir.
Qeyd edək ki, Qvardiolanın "Çelsi", "Mançester Siti" və "Mançster Yunayted" kimi klubları da çalışdırması ehtimal olunur.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi