“Simurq”un müdafiəçisi Ruslan Poladovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 16-cı turunda Zaqatalada “Xəzər Lənkəran”ı qəbul etdiniz. Hesabda iki top fərqiylə irəlidə olsanız da, nəticəni sona qədər saxlaya bilmədiniz.
- “Xəzər Lənkəran” hər zaman çempionluğa iddialı olub. Yəni elə-belə komanda deyildi ki, onları çətinlik çəkmədən məğlub edək. Lakin istənilən halda oyun boyu üstün olan tərəf biz olduq. Real qol epizodlarının daha çox bizim tərəfimizdən yaradılması buna sübutdur. Ancaq futbolda hər zaman gözlənilməz nəticələr qaçılmaz olur.
- Qələbəni əldən vermənizə səbəb nə oldu?
- Çox adam deyir ki, biz arxayınlaşdıq. Vurduğumuz iki qoldan sonra da nə qədər qol epizodumuz oldu. Sadəcə, futbol tanrısı “Xəzər Lənkəran”ın tərəfində idi. Oyundan sonra hamımız məyus idik. Heç kəs belə olacağını düşünmürdü. Qapımıza hər iki qol öz səhvimizdən vuruldu. İstənilən halda məğlub olmadıq. Ən azı bir xal qazandıq.
- Növbəti turda səfərdə “Qəbələ”nin qonağı olacaqsınız. Bölgə təmsilçisi öz meydanında daha inamlı təsir bağışlayır. Bu üzdən hansı nəticəyə ümid edirsən?
- Onsuz da biz rəqibdən asılı olmayaraq, hər oyuna üç xal üçün çıxırıq. Əgər belə olmasaydı, hazırda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmazdıq. Qəbələyə də qələbə üçün gedəcəyik. Necə olacağını isə oyunun sonunda biləcəyik.
- “Xəzər Lənkəran”la qarşılaşmada qələbəni son saniyələrdə əldən verməyiniz komandanıza psixoloji təsir edib. Bu amil “Qəbələ” ilə oyuna yaxşı köklənməyinizə mane olmayacaq ki?
- Psixoloji gərginlik qalmaqdadır. Buna görə də motivasiya xüsusi önəm kəsb edir. Lakin düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik. Çünki biz hər oyunun təsiri altında yaşasaydıq, indi iddialılar sırasında olmazdıq.
- “Qəbələ”nin hücum xəttinin güclü olduğunu yaxşı bilirsiniz. Baş məşqçiniz Çixradze onların qarşısını alamaq üçün sizə xüsusi tapşırıqlar verib?
- Biz onların oyunlarını təhlil etmişik. Baş məşqçi də bizə lazımi tapşırıqlarını verib. İstənilən komandanın zəif mövqeləri də olur. Bax biz bunların üzərində daha çox çalışırıq. “Qəbələ”dən çəkinmirik. Əgər çəkiniriksə, deməli, uduzmağa gedirik.
- Bir müdafiəçi kimi “Qəbələ”nin hücum xətti barədə fikirlərin necədir?
- Kamanan, Mendi yüksək səviyyəli hücumçulardır. Mən rəqibdən yarımmüdafiəçi Dodonu da qeyd edə bilərəm. Amma nə Kamanan, nə də Dododan qorxuram. Karyeramda yetərincə təcrübə toplamışam. Mən belə futbolçulardan çəkinsəydim, meydana çıxmazdım.
Əli HƏYATİ
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı