Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2008-2009-cu il mövsümünün yekunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Ramin müəllim, geridə qalan mövsümü necə dəyərləndirərdiniz?
- Yaxşı.
- Bəs sizcə, əla olmağı nə əngəllədi?
- Hər şey yavaş-yavaş olur da. Gələn mövsüm daha da yaxşı çempionat görəcəksiniz.
- Konkret hansı yenilikləri görə biləcəyik?
- İlk növbədə “6-lıq” sistemi tətbiq olunacaq. Bundan başqa, təşkilatı işlərdə də yeniliklər olacaq. Daha jurnalist adından istifadə edib, amma bu sahədən xəbəri olmayan şəxslər gəlib mətbuat konfransında ağzına gələn sualı verə bilməyəcəklər. Bu məsələyə ciddi fikir veriləcək. Sonra, mən təklif edəcəm ki, çempionatın bütün oyunları eyni toplarla oynanılsın. Bir də görürsən, rayonda keçirilən matçları elə keyfiyyətsiz toplarla oynayırlar ki...
- Əksər, azarkeşlər, futbolçular və mütəxəssislər belə düşünürlər ki, bu çempionar ötən çempionatlarla müqayisədə maraqsız keçdi.
- O zaman mən də sual verirəm - həmin şəxslər maraqsız deyəndə nəyi nəzərdə tuturlar?
- Məsələn, əvvəlki illərlə müqayisədə indi çempionluq uğrunda daha az komanda mübarizə apardı.
- Siz mənə deyin görüm. Türkiyədə neçə komanda çempionluq uğrunda oynadı?
- 4-5 klub - “Qalatasaray”, “Fənərbaxça”, Beşiktaş”, “Sivasspor” və “Trabzonspor”.
- “Trabzonspor” sona 5-6 tur qalmış iddiasından əl çəkdi. Əsas mübarizə elə 4 komanda arasında getdi. Gəlin öz çempionatımıza baxaq: “Bakı”, “İnter”, “Simurq”, “Xəzər-Lənkəran”, “Qarabağ” qızıl medallar uğrunda son turlarlaradək mübarizə apardılar. İlk dövrədən sonra “Karvan” da bu siyahıda idi. İndi özünüz müqayisə edin. 70 milyonluq Türkiyədə də 4-5 komanda çempionluq uğrunda mübarizə aparır, 8 milyonluq Azərbaycanda da. Bu mənada, mən deyərdim ki, Azərbaycan çempionatı Türkiyə çempionatından geri qalmadı.
- Bəs azarkeş marağı?
- Gəlin, bunu bütün Azərbaycan futboluna aid etməyək. Azarkeş problemi yalnız Bakıdadır. Bəs niyə biz car çəkəndə ki, paytaxt klubları bölgələrə, Bakının qəsəbələrinə səpələnsin, heç kim buna qulaq asmadı? Niyə Rövnəq müəllim deyəndə ki, ay “Olimpik”, ay “İnter”, ay “Bakı” səpələnin, bunu klub prezidentləri qısqanclıqla qarşıladılar? Türkiyədə necədir? İstanbulda “Fənərbaxça”nın məskunlaşdığı ərazi “Fənərbaxça” ərazisi kimi tanınır. “Qalatasaray”, “Beşiktaş” da onun kimi. Olmaz ki, bizdə də, məsələn, Keşləni “Olimpik”in ərazisi kimi tanısınlar? “8-ci kilometr” yox, “Bakı”nın ərazisi desinlər. Bu, məgər pisdir? Tutaq ki,
hansısa klub getdi Maştağaya. Hər oyuna ən azı 1000 azarkeş gəlsə, bu, pis olacaq? Mən Lənkəranda gözlərimə inanmıram. “Turan” autsayder olsa da, bu komandayla oyuna 4-5 min azarkeş gəlir. Keçən ilki ölkə kubokunun finalını xatırlayın. “İnter”-“Xəzər-Lənkəran” oyununu stadionda 20 min azarkeş izləyirdi, onun da xeyli hissəsi lənkəranlılar idi. Bunu qəbul eləmək lazımdır, Bakıda azarkeşi olan bir komanda var, o da “Neftçi”dir. Bu gedişlə paytaxt klubları azarkeş toplaya bilməyəcəklər. Mütləq Bakıdan, mərkəzdən kənara çıxmaq lazımdır. Bu gün “Standard”a təklif edirik gedin Sumqayitda oynayın. Ora futbol şəhəridir, həc cür şəraiti var, azarkeşi var. “Gəncərbirliyi” çıxıb 0:6 uduzurdu, yenə oyunlarına 1000-2000 azarkeş gəlirdi. Hətta prezidentlərinə demişəm ki, nə kömək lazımdır, mən də edəcəm.
- Yeri gəlmişkən, hamı bu məsələnin 80-90 faiz həll olunduğunu desə də, hələ heç nə konkretləşməyib.
- Yerdə qalan 10-20 faizi də mən həll edərəm, təki getsinlər. Artıq hər şey “Standard” rəhbərliyinin verəcəyi qərardan asılıdır.
- Hakimliyin səviyyəsi haqqında nə fikirdəsiniz?
- Mən deyərdim ki, son 17 ildə bu qədər ədalətli, qərəzsiz hakimlik olmamışdı.
- Buna əminsiniz?
- 100 faiz.
- Babək Quliyevlə Anar Niyazovun məsələsinin sonu necə qurtardı? Konkret günahları nə oldu, cəzaları hansı müddətə oldu, bir sözlə, məsələnin mahiyyəti açılmadı.
- Bu, birbaşa Hakimlər Komitəsinə aiddir. Odur ki, mən münasibət bildirmək istəmirəm. Sualınızı adıçəkilən komitənin rəhbərliyinə ünvanlayın..
- Sizinlə danışıb, “Neftçi”nin çıxışına münasibət öyrənməmək düz çıxmır.
- Problem yoxdur, “Neftçi” haqqında da danışa bilərik. Bu komanda həqiqətən də, son 5-6 turu əla oynadı. Böyükağa Ağayevin gəlişindən sonra irəliləyiş hiss olundu. İnanıram ki, “Neftçi” növbəti mövsümdə öz sözünü deyəcək.
- Futbolun bölgələrə səpələnməsindən danışdıq. Amma əyalətlərdə inkişafa nail olmaq üçün birinci divizionda da komandalar yaratmaq lazımdır. Bizdə olan məlumata görə, artıq bir çox bölgə bu təşəbbüslə çıxış edib.
- “Gəncə” artıq rəsmi surətdə oynayacağını bildirib. “Şuşa”da bizə rəsmi müraciət göndərib və çox ciddi surətdə sənədləşmə işləri ilə məşğuldurlar.
- Bəs, Şəki, Gədəbəy, Sabirabad necə?
- Düzü, o bölgələrin komandaları hələ ki, rəsmi müraciət etməyblər.
- Növbəti mövsüm reqlamentdə hansısa dəyişiklik oluna bilər? Məsələn, “Karvan”ın durumu qeyri-müəyyəndir. “Olimpik” də onun kimi.
- Bu məsələdə heç bir problem yoxdur. “Karvan” gələn mövsümün ən iddialı komandalarından biri olacaq. “Olimpik”in də dağılmaq söhbəti yalandır.
- Bəs “Turan”? Tovuz klubu hələ nə vaxt bir araya gələcəyi günü müəyyənləşdirməyib.
- “Turan” da gələn mövsüm iddialı olacaq.
- Birinci diviziondan elitaya komanda buraxılmayacağına dair qərar qəbul olunanda demişdiniz ki, “sponsor tapsalar, məsələyə yenidən baxa bilərik”. Həmin sözünüz qüvvədə qalır?
- Elə bu gün birinci divizionun qaliblərinə də mükafatlarını verdik. Həmin komandaların rəhbərləri ilə də söhbət etdik. Dedilər ki, bu il yox, amma, gələn il üçün Premyer Liqada oynamağa hazır olacaqlar. Çünki hazırkı vəziyyətdə həm maddi, həm də infrastruktur bazaları elitada oynamağa imkan vermir. Heç normal stadionları da yoxdur. Amma gələn ilə kimi bu işləri yoluna qoyacaqlarına söz verdilər.
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer
"Qarabağ"da qolları sıralayırdı, indi aylardır ehtiyatda qalıb... - Juninyoya nə olub?
Hamidu Keyta yenidən Azərbaycan klubunda - Rəsmi
"Çelsi"dən 70 milyonluq transfer
"Kayzerslautern" Mahiri təbrik etdi
"Beşiktaş" "Roma"dan futbolçu aldı
"Qarabağ"la "Zalsburq" 11 il sonra yenidən qarşılaşacaq
"Mançester Siti" "Əl-Hilal"a belə uduzdu - Video
Remzinin yeni klubu bəlli oldu
Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?
"Bavariya" iki futbolçu ilə vidalaşdı
Klublararası dünya çempionatında sensasiya
“Zirə”nin rəqibindən qələbə
“İnter” 1/8 finalda uduzdu - Dünya çempionatı
“Qəbələ” təlim-məşq toplanışına start verdi
Beş futbolçu komandanı tərk etdi - Reşford, Asensio...
Aksel Vitsellə bağlı qərar verildi - Rəsmi
"Zirə"də Utziq problemi
"Komanda gözlədiyimizdən yaxşı çıxış etdi" - Rəşad Sadıqov
"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi
"Portu"da yeni baş məşqçi
"Liverpul" milli üzvü ilə müqaviləni yenilədi
"Beşiktaş"da ayrılıq
Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Aspilikueta "Atletiko"dan ayrıldı
"Sabah"ın rəqibi "Everton"un sabiq qapıçısını transfer etdi
Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"
Dünya çempionatı ilə vidalaşdılar, baş məşqçini göndərdilər