“Mən hakimlərlə problem yaranmasının əleyhinəyəm. Lakin bizə qarşı haqsızlıq olduğu açıq-aşgar görünür. “Neftçi” ilə oyunda baş hakim Anar Salmanov bizim yüzfaizli penaltimizi vermədi. Hətta hücumçumuz Tores rəqib müdafiəçisi Mitrevskiylə təkbətək qalan zaman ona qarşı kobudluq oldu. Bu, birbaşa qırmızı vərəqəlik qayda pozuntusu idi. Lakin hakimin fiti susdu”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Rəvan”ın baş məşqçisi Kamal Alispahiç Premyer Liqanın 16-cı turunda “Neftçi”yə qarşı keçirilən oyunla bağlı danışarkən deyib.
0:2 hesabı ilə uduzduqları görüşün hakimliyi haqda fikirlərini bildirən bosniyalı mütəxəssis qeyd edib ki, artıq neçə oyun onlara qarşı qərəzlilik olur: “İnter” və “Qəbələ” ilə oyunlarda da hakimin yanlış qərarlarıyla üzləşdik. Növbəti haqsızlıq “Neftçi”lə oyunda baş verdi”.
K.Alispahiç “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin “Rəvan” nə oynadı ki, nə də qələbə qazansın” fikirlərini də münasibət açıqlayıb: “Mənim Hacıyevə böyük hörmətim var. Bir məşqçi kimi özünü yaxşı tərəfdən sübut etdi. Onun Avroliqada “İnter”lə səfərdə göstərdiyi nəticə də alqışlanasıdır. Onun nə dediyindən asılı olmayaraq, cavab vermək istəmirəm. Mən bu məşqçiylə münaqişəyə girmək istəmirəm. Əgər o mənim komandam barədə nəsə xoşagəlməz söz deyibsə, bu onun öz problemidir”.
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə