İlk Avropa Oyunları Bakıda keçiriləcək

İlk Avropa Oyunları Bakıda keçiriləcək
GÜNDƏM 8 Dekabr 2012 / 14:55 2933
-  A +

Bu gün Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edilib.

Səsvermə nəticəsində Avropa Oyunlarının Bakıda keçirilməsi müəyyən edilib.

Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyası tarixdə ilk dəfə Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.

Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva Romadan "Trend.az"a bildirib ki, Bakıda bu oyunların 2015-ci ildə keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Baş Assambleyanın ikinci günü Bakı şəhəri və paytaxtımızın idman qurğularının təqdimatı ilə başlayıb. İlk olaraq Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey çıxış edib. O, çıxışında bu oyunların keçirilməsi ideyasının tarixi barədə danışıb və Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək verib. Hikker şəhərin nailiyyətləri, Bakıya səfər edənlərin müşahidə etdiyi inkişafdan bəhs edib. Avropa Olimpiya Komitəsi prezidentinin giriş nitqindən sonra söz AOK prezidentinin müşaviri Endryu Qreqə verilib. O, bu oyunların konsepsiyası barədə danışıb.

Assambleyada ölkəmizi gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Azad Rəhimov, MOK-un digər vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru İlham Mədətov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Könül Nurullayeva və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təmsil edib.

Daha çox


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi