Azərbaycan millisinin sabiq hücumçusu, İspaniya primerosunun bürünc mükafatçısı Vəli Qasımov Qol.Az-a müsahibəsi
- Vəli müəllim, «Neftçi»dən ayrıldıqdan sonra nə işlə məşğulsunuz?
- Hələ ki, bekarçılıqdır.
- Eşitdiyimizə görə, artıq bəzi təkliflər almısınız.
- Mən də eşidirəm e, amma ortada rəsmi bir şey yoxdur.
- İspaniyaya qayıtmağı düşünmürsünüz ki?
- Yox, elə bir fikrim yoxdur.
- Cari mövsümü necə dəyərləndirərdiniz?
- Çempionat bir az düzəlib. Mübarizə gedir, çempionun adı əvvəlcədən yox, son turda bilinir.
- “Bakı”nın çempionluğunu necə qarşıladınız?
- Açığı, “Bakı” ilk dövrədə daha çox xoşuma gəldi. Amma ikinci dövrə arada bir qədər axsama oldu. Bunun nəticəsində liderliyi əldən verdilər. Lakin sonradan toparlanıb zirvəni ələ keçirdilər və çempion oldular. Ümumilikdə isə, onları bu ada layiq sayıram. Çünki hələ ilk dövrənin gedişində demişdim ki, “Bakı” çempion olacaq.
- “Simurq” necə təsir bağışladı?
- “Simurq” çox maraqlı komanda idi və deyərdim ki, əsl sürpriz oldular. Çoxları onların bürünc medalları qazanacaqlarını gözləmirdi. Amma oyunları xoşuma gəldi. Avropa Liqasına çıxmaları münasibəti ilə təbrik edirəm. Zaqatala klubununun böyük üstünlüyü odur ki, sabit oynadılar. Orada əksəriyyət ukraynalıdır və bir-birlərini yaxşı başa düşürlər.
- Avropa Liqasına vəsiqə qazanan “İnter” və “Qarabağ” haqqında nə deyə bilərsiniz?
- “Qarabağ” çox xoşuma gəldi. Xüsusilə ikinci dövrəni yaxşı keçirdilər. Nəticədə ölkə kubokuna sahib çıxdılar. Özü də mən deyərdim ki, ağdamlılar bu mükafatı öz güclərinə qazandılar. “İnter”ə gəlincə, onlar da yaxşı komandadırlar. Sadəcə, son turları zəif oynadılar və vacib xallar itirdilər. Nəticədə çempionluğu əldən verdilər. Gözləmək olar ki, təkcə “İnter” yox, digər klublarımız da Avropada layiqli nəticə göstərəcəklər.
- Necə düşünürsünüz, hazırkı heyətlə və hazırkı oyun keyfiyyəti ilə klublarımız avrokuboklarda hara qədər gedə bilərlər?
- Klublarımızın son vaxtlar gücləndiyini deyə bilərəm. Əsas problem odur ki, stabillik çatmır. Məsələn, bir oyun yaxşı oynayırlar, sonra bir oyun əksinə olur.
- “Xəzər-Lənkəran” haqqında nə deyə bilərsiniz? Lənkəranda hər cür şərait var, amma nəticə yoxdur.
- Bir komanda kimi “Xəzər-Lənkəran” da xoşuma gəldi. Heyətləri çox güclüdür. Yaxşı futbolçulara malikdirlər. Sadəcə, görünür, içəridən işlər düzgün qurulmur deyə nəticə qazanılmadı. Həm çempionluq əldən çıxdı, həm də, kubok.
- Əsas problem kimi nəyi görürsünüz?
- Məşqçi dəyişiliyi burada öz rolunun oynadı.
- Uğursuzluqda İqor Ponomaryovun günahı nə dərəcədə oldu?
- İstənilən halda, nəticəyə görə baş məşqçi məsuliyyət daşıyır. Amma şəxsən mən Ponomaryovda günah görmürəm. Çünki o, mövsümün yarısında komandanın başına gətirildi. Mən isə həmişə onun tərəfdarı olmuşam ki, baş məşqçi təyin olundusa, ona vaxt verilməlidir ki, mövsümü başa çatdırsın. Ümumiyyətlə, bir komanda mövsümü hansı məşqçi ilə başlayırsa, onunla da başa vurmalıdır. Yeni məşqçiyə isə komandanı toparlamaq üçün vaxt lazımdır. İqor isə qısa zamanda komandanı toparlaya bilmədi.
- Dediniz ki, nəticəyə görə istənilən halda baş məşqçi məsuliyyət daşıyır. O zaman “İnter”in çempionluğu itirməsində baş məşqçini günahlandırmaq olar? Çünki Xodukin ardıcıl olaraq 3 çətin oyunda qələbə qazana bilmədi və vacib xallar itirərək çempionluğu əldən verdi. Üstəlik o, uzun müddətdir “İnter”də işləyir.
- Xodukin özü bilər harada səhv edib. Səhv hamıda olur. “İnter” ümumi götürəndə stabil komandadır. Amma qeyd etdiyim kimi, sona yaxın buraxılan səhvlər həlledici oldu ki, burada məşqçinin də səhvləri var.
- Və nəhayət, gələk “Neftçi”yə. Sizin gedişiniz hələ də qaranlıq qalır. Mətbuat bu məsələdə klub rəhbərliyini günahlandırdı ki, Vəli Qasımov kimi futbol adamının təcrübəsindən faydalana bilmədilər.
- Nə deyə bilərəm? Mən “Neftçi”də uşaq futboluna nəzarət edirdim. Böyük komandanı götürəndə isə orada ümumiyyətlə işlər əvvəkcədən düzgün qurulmamışdı. Nə sistem düzgün idi, nə də seçim. Seçim deyəndə futbolçu seçimini nəzərdə tuturam. Elə oyunçuları gedib komandaya transfer edirdilər ki, heç nəyə yaramırdılar. Ya ehtiyatda otururdular, ya da, əvəzedici komandaya göndərilirdilər. Sonradan özləri də gördülər ki, iş başdan düzgün qurulmayıb və istədilər nəyisə dəyişib vəziyyətdən çıxsınlar. Amma heç nə dəyişmədi. Bir daha deyirəm, mövsümün ortasında məşqçi dəyişmək düzgün deyildi. Gərək, mövsümü bir məşqçi ilə başa vurasan.
- Yenidən “Neftçi”yə qayıtmağınız mümkün olar?
- Yox, çətin ki, belə bir şey baş versin.
- “Neftçi” rəhbərliyi ilə münasibətiniz indi necədir?
- Biz rəhbərliyin qərarını qəbul etməyə məcbur idik. Bir-birimizi başa düşmədik. Mən onlar deyəni qəbul etmirdim, onlar da mən deyəni.
- Deyilənə görə, “Neftçi”nin pezidenti Əkbər Hacıyevlə münasibətiniz yaxşı idi. Elə sizi də komandaya o dəvət etmişdi. Siz klubdan vitse-prezident İlqar Quluzadə ilə yola getmədiyinizə görə ayrıldınız.
- Artıq hər şey arxada qalıb. Rəhbərlik haqqında nəsə danışmağım heç nəyi dəyişməyəcək.
- Quluzadə ölkə mətbuatına verdiyi müsahibəsində belə bir açıqlama vermişdi ki, “Biz Vəli Qasımovu gətirmişdik ki, özü də forma geyib uşaqlarla məşqə çıxsın. Amma o, qollarını çirmələmədi”. Vitse-prezidentin bu açıqlamasına münasibətiniz necədir? Çünki mətbuat futbol adamı hesab olumayan Quluzadənin Vəli Qasımovu qeyri-peşəkarlıqda ittiham etməsini birmənalı qarşılamamışdı.
- İndi o, nə istəyir, onu da deyir. Özünüz də bilirsiniz ki, heç biri futbol adamı deyil. “Neftçi”də işlədiyim müddətdə səhər 09:00-da işə gəlib, axşam 21:00-da evə gedirdim. Gün ərzində 12 saat iş saatım idi. Əlimdən gələnin də edirdim ki, kluba xeyir verim. Bunun müqabilində haqqımda belə söz demək...
"Fənərbaxça"dan heç-heçə
Alonso Mbappe və Ronaldonu müqayisə etdi
"Zirə" - "Qarabağ" matçından - Video
“Bavariya” “Ştutqart”ı darmadağın etdi
Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi
“Lill” gənc ulduzu ilə müqaviləni yenilədi
“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi
“Vilyarreal”dan doğma meydanda qələbə
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir" - Rəşad Sadıqov
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov
“Aston Villa” son dəqiqə qolu ilə qalib gəldi
“Zirə” “Qarabağ”la bərabərə qaldı
Mərc qalmaqalı səbəbindən matç təxirə salındı
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu
"Zirə" - "Qarabağ": Heyətlər
Alba karyerasının sonuncu oyununa çıxır
İnfantino Trampa verilən mükafatdan danışdı
3 nəhəng bu futbolçu üçün mübarizə aparır
Cessi Linqard klubundan ayrıldı
“Barselona” Arauxo problemlini həll etməsə...
Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”
PSJ-nin istədiyi futbolçu ilə müqavilə uzadıldı
UEFA cəzanı azaltdı
Püşkatma mərasimini tənqid etdilər
Tramp DÇ-2026-nın favoritini açıqladı
Bundesliqada 13-cü tur start götürdü
“Qalatasaray”dan çətin qələbə - Video
"Araz-Naxçıvan" "Benfika"ya məğlub oldu
DÇ-2026-nın püşkü atıldı
“Real”ın müdafiəçisi sıradan çıxdı
FİFA-nın ilk Sülh Mükafatı Donald Trampa təqdim edildi
"Barselona" Alvaresi transfer etməkdən imtina etdi
Rodri “Real”la oyunu buraxa bilər
“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı
Misli Premyer Liqasında 14-cü turun hakimləri açıqlandı