“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Premyer Liqanın 15-ci turunda “Bakı”ya qarşı keçiriləcək oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- “Bakı” ilə öz meydanınızda keçirəcəyiniz qarşılaşmada hansı nəticəyə ümid edirsinz?
- Hədəfimiz dəyişmir: yalnız qələbə. İtkilərimiz olmasına baxmayaraq, üç xal barədə düşünürük. Bu oyuna futbolçularımı yaxşı kökləməyi bacarmışam. Onlar oyuna tam hazırdılar.
- “Qəbələ”dən fərqli olaraq, “Bakı” turnir cədvəlinin sonuncu pillələrində qərarlaşıb. “Qəbələ” isə əksinə daldabadal dörd oyundur qələbə qazanır. Bu mənada, üstünlük sizin tərəfinizdədir.
- Biz bütün klublar kimi “Bakı”ya da hörmətlə yanaşırıq. Çünki indidən görüşün çətin keçəcəyini anlayırıq. Əgər öz oyunumuzu ilk dəqiqələrdən rəqibə diqtə edə bilsək, problem olmayacaq.
- Bu görüşdə də hücum futboluna üstünlük verəcəksiniz, yoxsa?
- Hər insanla eyni tərzdə danışılmır. Hər bir komandanın zəif və güclü tərəfləri var. Biz bunu nəzərə alaraq, həmin rəqibə qarşı öz taktikamızı qururuq. Rəqibin bir neçə oyununun videoyazısına baxmışam. Sonuncu qarşılaşmasını televiziya vasitəsiylə izlədim. Mən bu komanda barəsində lazımı tapşırıqlarımı futbolçulara vermişəm. Əgər bu tapşırıqların öhdəsindən gələ bilsək, istədiyimiz nəticəni əldə edə biləcəyik.
- Komandanızın əsas silahlarından olan Rəşad Abdullayevin yoxluğu oyununuza öz təsirini göstərəcəkmi?
- Futbolçular həm Rəşada, həm də məşqçilər korpusuna söz veriblər ki, meydanda onun yerini dolduracaqlar. Düzdü, bir az çətin olcaq, ancaq öhdəsindən gəlməyə çalışacaqlar.
Əli HƏYATİ
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı