AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın 15-ci turunda səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bir çox iddialı komandanın Lənkərandan əliboş qayıtdığını nəzərə alsaq, AZAL-ın da eyni aqibəti yaşayacağını gözləmək olar?
- Əslində Lənkərandan üç xalla qayıtmaq istəyirik. Bunun üçün sabah var gücümüzlə mübarizə aparacağıq. Rəqibdən və səfərdə oynamağızdan asılı olmayaraq, yalnız qələbə haqda düşünürük. Bu görüşdə qalib gəlsək psixoloji durumumuzu yüksəldə bilərik.
- Rəqibinizi istədiyiniz kimi analiz edə bilmisiniz?
- Biz ilk oyunda “Xəzər Lənkəran”a məğlub olmuşduq. Hansı keyfiyyətlərə malik olduqlarını yaxşı bilirik. Ən əsası bu gün komandam psixoloji cəhətdən bu oyuna tam hazırdır. .
- “Xəzər Lənkəran”ın ən çox hansı mövqeyi sizi narahat edir?
- Hesab edirəm ki, səviyyəli futbolçulardan təşkil edilmiş bir komandadır. Daha çox cinahlardan yaxşı hücumlar qururlar Hücumda Subaşiç, Adrian Pit və Tounkara kimi futbolçular çıxış edir. Lakin biz onlardan çəkinmirik. Əksinə “Xəzər Lənkəran”la oyunda güclü olduğumuzu sübut etməyə çalışacağıq.
- “Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyi oldu. Ona komandanı düzəltməsi üçün vaxt lazım olacaq. Bu baxımdan hazırda sizin daha üstün tərəf olduğunuzu söyləmək olar?
- Mən belə deməzdim. AZAL-ın üstünlüyü daha istəkli olmasıdır. Biz qələbəni məhz buna görə qazana bilərik. Çalışacağıq ki, maksimum xal götürək. Allah hər kəsə şans verir.
- Uzun müddət AZAL-ın kapitanı olan Aqil Nəbiyev komandadan getdiyini açıqladı. Buna münasibətiniz necə oldu?
- Mən və məşqçi heyətimiz Aqil Nəbiyevə çox güvənirdi. O elə bir futbolçudur ki, məşqçi və komandasına hər zaman dayaq olurdu. Mən planlaşdırırdım ki, Aqil ölkə kubokunun oyunlarında iştirak etsin. Yaxşı oyun sərgiləsəydi, komandanın əsas heyətində yer verəcəkdim. Lakin klub rəhbərliyi ilə söhbət edərək qərar verməsi, onun psixoloji gərginlik keçirməsiylə əlaqədardır. Yəni ehtiyatda oturmaqla barışa bilmirdi. Onun AZAL-dakı xidmətləri nəzərə alınaraq, imkan yaradıldı ki, özünü başqa bir klubda doğrulda bilsin. Mən ona gələcək fəaliyyətində uğurlar diləyirəm.
Bu çox yaxşı haldı ki, futbolçu ehtiyatda oturması ilə barışmır. Bu onu göstərir ki, Aqil əsl peşəkar futbolçu, yaxşı idmançıdır. Çünki həm komandasına kömək etmək istəyirdi, həm də öz imicini qoruyub saxlayan bir insandır. Mən Aqil Nəbiyevin bu hərəkətini alqışlayıram.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı