İspaniyanın “Barselona” klubunun Lionel Messi Rusiya mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, “Sobesednik” qəzetinin suallarını cavablandıran argentinalı ulduz bir sıra önəmli məqamlara toxunub.
– Lionel, fikrinizcə, siz dünya futbolunda bütün rekordları vura biləcəksiniz? Sizin üçün titullar nə dərəcədə əhəmiyyətlidir?
– Hər şeydən əvvəl uğurlarım taleyin qismətidir. Mən Argentina millisi və “Barselona” kimi kimi komandada oynamaq imkanı qazanmışam. Buradakı
əla komanda yoldaşlarımla qol vurmaq insana başqa bir zövq verir. Onların əhətəsində hiss edirəm ki, futbol dünyanı birləşdirən və gözəlləşdirən bir oyundur. Mən həmişə meydana azarkeşləri sevindirmək və nəyə qadir olduğumu göstərmək üçün çıxıram. Oyunlara adi baxıram. Amma bunlar o demək deyil ki, qələləbər mənə lazım deyil. Mən həmişə qalibiyyət haqda düşünürəm, hətta heç-heçə məni istisna hallarda qane edir. Rekordlara gəlincə, bu məsələ məni narahat etmir. Bu, mənim üçün həyatda hər şey demək deyil. Amma mənə mükafatlar qazanmaq xoşdur. İstənilən mükafatı qazananda uşaq kimi sevinirəm. Onu da başa düşürəm ki, komanda yoldaşlarımın köməyi olmasaydı, buna nail ola bilməzdim.
– Sizcə, bu il Herd Müllerin rekordunu qıra biləcəksiniz?
– Konkret olaraq bu rekord barədə mən düşünmürəm və vurduğum qolları hesablamıram. Mənim məqsədim başqadır: Argentina ilə dünya çempionu, “Barselona” ilə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olmaq. Komanda maraqları mənim üçün birincidir.
- Dördüncü dəfə “Qızıl top” mükafatını qazanmaq şansınızı necə dəyərləndirirsiniz?
- Bunu Tanrı bilər. Mən axı, dünyada bu mükafatı daim almalı olan yeganə futbolçu deyiləm. Bundan başqa, hazırda çox yaxşı formada olduğumu düşünmürəm. Səhhətimlə bağlı hər şey yerindədir. Amma məndə belə bir hiss var ki, daha karyeramın zirvəsində deyiləm, bundan sonra geriləmə baş verəcək. Azarkeşlər isə məndən yeni qələbələr gözləyir.
- Dünyanın ən yaxşı futbolçusu seçildikdən sonra həyatınızda nə dəyişdi?
- Hər şeydən əvvəl komanda yoldaşlarıma münasibətim. Düzü, karyeramın parlayan vaxtı hesab edirdim ki, əgər hücumçuyamsa, bütün ötürmələr mənə verilməlidir. Zaman keçdikcə başa düşdüm ki, belə deyil. Hamı qol vurmaq istəyir və mən özüm də əlverişli vəziyyətdə olan oyunçuya ötürmə verməliyəm. Bu, əvvəl mənim üçün çətin idi. İndi isə bunun öhdəsindən gəlirəm.
- Bəs, oğlunuzun dünyaya gəlməsi həyatınıza hansı yeniliyi gətirdi?
- Bu hadisə məni dünyanın ən xoşbəxt kişisinə çevirdi. Heç bir qol körpə ilə müqayisə oluna bilməz. Mən uşaqları əvvəllər də sevirdim. İndi isə başa düşürəm ki, öz övladının olması möcüzə kimi bir şeydir.
- Və sonda. Sizin “dostunuz” Ronaldonun belə bir rekordu var: o, “Mançester Yunayted”dən “Real”a 93,4 milyon avroya keçməklə dünyanın ən bahalı futbolçusu olub. Siz onun bu rekordunu təzələmək istərdiniz?
- Bu, mümkün deyil. Mən “Barselona”dan getmək haqda fikirləşmirəm: nə indi, nə də gələcəkdə. İnanıram ki, öz klubumda karyeramın sonuna qədər oynayacağam. Odur ki, bu rekord elə Kriştianoda qalacaq. Mən ona inanıram.
"Neftçi" yeni ev formalarını təqdim etdi - Şəkillər
"Mingəçevir" yeni transferini açıqladı
"Rəqibi ciddi şəkildə təhlil etmişik" - Valdas Dambrauskas
VAR qaydalarında dəyişiklik ola bilər
"Sumqayıt"dan yeni transfer - Rəsmi
"Zirə" Türkiyə klubuna qalib gəldi
İspaniya nəhəngi onun transferini açıqladı
"İnter Mayami" "Atletiko" ilə razılaşdı
Sabiq baş məşqçi "Karvan"ın vitse-prezidenti oldu
“Qəbələ” üçün əlimdən gələni edəcəyəm"
"Latsio" azarkeşlərindən kütləvi etiraz aksiyası
10 illik dövr başa çatdı - "Real"dan getdi
"Qarabağ" qrup mərhələsində son matçına çıxdı
Azərbaycan çempionu müəyyənləşdi
“Qəbələ”dən ayrılan futbolçu Türkiyə klubunda
"Mançester Yunayted"in səfər formaları - Şəkillər
Misli Premyer Liqa klubuna yeni baş məşqçi təyin edildi
"Atletiko" yarımmüdafiəçi aldı
"Zirə" Türkiyə klubunu belə məğlub etdi - Video
"İmişli"dən yeni transfer
ÇL-də 2-ci mərhələyə adlayan 12 komanda
"Qarabağ" İsveçdə heç-heçə etdi
"Zirə"nin rəqibindən qələbə
İngiltərə klubunun yeni baş məşqçisi açıqlandı
"Qarabağ" "Zalsburq"a uduzdu
"Sabah"dan "Sumqayıt"a - Rəsmi
"Napoli"yə "hə" dedi
Ötən mövsüm ən çox oynayan futbolçular
"Neftçi"dən günün daha bir transferi
"Zirə" Türkiyə klubuna qalib gəldi
"Arsenal" 8 futbolçunu göndərir
İngiltərə millisinin üzvünün maşınına hücum etdilər - Video
Niko Uilyams yeni müqaviləsi haqda danışdı
"Everton" qapıçı transferini gerçəkləşdirdi
"Zirə" onunla yollarını ayırdı
"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
UEFA 9 klubumuza ödəniş etdi
"Atalanta"nın baş məşqçisi xəstəxanaya yerləşdirildi