Rəşad Sadıqov: "Yenidən Türkiyədə oynamaq istəyirəm"

Rəşad Sadıqov: "Yenidən Türkiyədə oynamaq istəyirəm"
GÜNDƏM 29 Noyabr 2012 / 12:00 2839
-  A +

Milli komandamızın və “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov qış fasiləsində Türkiyənin “Dənizlispor” klubuna keçəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az saytına açıqlamasında Sadıqov indiyədək Türkiyə klubundan ona rəsmi təklifin olmadığını deyib:

“Bu söz-söhbətlə mən yalnız mətbuatdan tanışam. Hələ ki, “Dənizlispor”dan mənə rəsmi təklif gəlməyib. Əgər təklif olarsa, bu barədə fikirləşmək olar. Doğrusu, mənim də ölkə xaricinə getmək istəyim var. Əgər Türkiyəyə getsəm,  2-3 il orada  qalıb oynamağı fikirləşirəm. Buna özümü psixoloji və fiziki cəhətdən hazır sayıram”.

Xatırladaq ki, Türkiyənin birinci liqa təmsilçisi “Dənizlispor” klubunun nümayəndəsi İhsan Niyaz mətbuata açıqlamasında qış transfer fasiləsində Rəşad Sadıqovu heyətə qatacaqlarını vurğulayıb:

“Onunla ilkin danışığımız oldu. Anlaşmanın zəminin axtarırıq. Dövrələrarası fasilədə Rəşadı komandamıza qatacağıq”.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi