“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç sabah Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “İnter”ə qarşı keçiriləcək oyun ərəfəsində Serbiyanın “Sportski” jurnalına müsahibə verib. Qol.Az həmin müsahibəni təqdim edir.
- Başlayaq lap əvvəlldən. Cənubi Kiprdə APOEL-i məğlub etməyiniz çoxları üçün gözlənilməz oldu...
- Bəli, bu, çox böyük uğur idi və Azərbaycan futbolu tarixində ilk dəfə hansısa klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bunun özü də ölkə klubları arasındakı rəqabəti artırdı. Həmin qələbəni gecə yarısına kimi qeyd etdik. Oyuna gəlincə, sübut etdik ki, APOEL-dən güclüyük. Unutmayaq ki, rəqib ötən mövsüm Çempionlar Liqasında 1/4 finala qədər getmiş bir komandadır.
- APOEL-in baş məşqçisi postunda çalışan həmyerlin üçün təəssüf hiss keçirdin?
- Hardasa hə. Yovanoviç yaxşı məşqçidir. Onun məğlubiyyətinə təəssüfləndim. Ancaq inanıram ki, o, qısa zamanda özünü və komandasını toparlaya biləcək.
- Avropa Liqasının qrupunda da həmyerlilərinlə üz-üzə gəldin...
- “Partizan” yaxşı komandadır. Ancaq etiraf edim ki, “İnter”lə oyuna daha yüksək motivasiya ilə çıxırsan, nəinki “Partizan”la.
- İtaliya nəhəngini büdrədə biləcəksiniz?
- Prinsipcə, hamı qrupun favoriti kimi, “İnter”i göstərir. Ümumiyyətlə, “İnter” kimi komandalar istənilən qrupda favorit göstərilir. Qalan komandalar isə həmişə ikincilik uğrunda mübarizə aparırlar. Ancaq təbii ki, meydançaya uduzmaq üçün çıxmırsan. Mübarizə aparmalısan, futbolda hər şey olur.
- “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçi Bakıda nə gözləyir?
- “Neftçi” 10 ildən çoxdur avrokuboklarda evdə uduzmur. Bütün rəqiblərə qarşı çox istəkli və əzmkarlıqla oynayırıq. “Partizan”a qarşı da bu cür oynayacağıq və məqsədimiz onları Bakıda məğlub etməkdir. Bir sözlə, Vermezoviçi buraya asan səfər gözləmir.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı