“Neftçi”nin sabiq litvalı qapıçısı, 2009-2011-ci illərdə paytaxt klubunun şərəfini qoruyan Palyus Qribauskas Qol.Az-a müsahibə verib.
- Azərbaycanı necə xatırlayırsan?
- Çox gözəl. Mən iki il o ölkədə futbol oynadım. Düzdür, böyük uğura imza ata bilmədim, amma bugünkü uğurların əsasını məhz biz qoyduq.
- Deməli, “Neftçi”nin uğurlarından xəbərdarsan...
- Əlbəttə. Ard-arda çempionluqlar, sonra Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq. Çox xoşdur ki, bu gün bu uğurların iştirakçısı olan gənclər məhz bizim dövrümüzdə “kəşf” edilmişdilər.
- “Neftçi”dən niyə ayrıldın?
- O vaxt zədəm var idi. Hətta bir müddət Azərbaycanı tərk edib Litvaya qayıtdım, burada əməliyyat olundum, müalicə aldım. Sağalma prosesi uzun çəkdi və ikinci dövrədə komandaya kömək edə bilmədim. Yayda isə komandadan ayrıldım.
- Az öncə böyük uğurlara imza ata bilmədiyini dedin, amma 2010-11-ci il mövsümündə qazanılan çempionlyqda sənin də payın var...
- Düzdür, ilk dövrədə oynadım. Ancaq təəssüf ki, zədə səbəbindən ikinci dövrədə bir dəfə də olsun meydançaya çıxmadım. Amma düz deyirsiniz, 50 faiz də olsa çempionluqdan mənə pay düşür (gülür)
- “Neftçi” yaddaşında necə qalıb?
- Həmişə demişəm, Litvada “Jalqris”, Azərbaycanda “Neftçi”. Klubun həm yaxşı büdcəsi, həm də böyük azarkeş ordusu var. Şadam ki, belə bir klubun şərəfini qorumuşam.
- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Ən azı Litva çempionatının səviyyəsindən yüksəkdir. Litva klublarının bu qədər büdcəsi yoxdur. Ancaq Azərbaycanda 6-7 imkanlı klub var ki, yüksək səviyyəsli legionerləri heyətlərinə cəlb edə bilirlər.
- Necə düşünürsən, “Neftçi” Avropa Liqasının qrupundan çıxa bilər?
- Hər şey mümkündür. Səfərdə “Partizan”la heç-heçə komandanın gücündən xəbər verir. Deməli, “Rubin”ə qarşı da oynamaq olar. “İnter”i qrupun favoriti hesab edirlər, amma “Rubin” az qala səfərdə onları məğlub edəcəkdi. Deməli, lazım gəlsə “Neftçi” “İnter”i də məğlub edər.
Anar XANLAROV
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar