“Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Fatih Kavlakın vaxtında “Qəbələ”ə istənilən nəticəni verə bilmədi. Bunun səbəbini nədə görürsən?
- Əvvəla hər məşqçinin özünəməxsus taktiki gedişi və psixologiyası var. Yeri gələndə, mən özüm də “Qəbələ”yə uğur qazanmaq üçün gəlmişdim. Çünki çox yaxşı formada idim. Dalbadal iki dəfə Azərbaycan çempionu olduqdan sonra “Qəbələ”yə keçdim. Təəssüf ki, ilk turlarda uğursuz çıxışlarla yadda qaldıq. İnşallah, yaxın zamanda vəziyyətin düzələcəyinə əminəm.
- Baş məşqçi dəyişikliyi olduqdan sonra, AZAL-la evdəki qarşılaşmada qələbə qazana bilmədiniz. Necə düşünürsən, problem məşqçiylə əlaqəlidir?
- Fatih Kavlak əla bir insandır. Lakin baş məşqçi olmaq tamam başqa bir şeydir. Hər il komandaya yeni futbolçular qoşulur. Onlarla ünsiyyət qurmaq, problemləriylə məşqul olmaq lazımdır. Hazırkı baş məşqçimiz Ramiz Məmmədov bu məsələdə çox fəal iştirak edir.
- Necə düşünürsən, yeni baş məşqçinin gəlişi vəziyyəti düzəldəcəkmi?
- Mütləq düzələcək. Baş məşqçinin əlində səviyyəli futbolçular kifayət qədərdir. Ramiz müəllimin ilk məşqlərindən də görsənir ki, yaxınlarda hər şey qaydasına düşəcək.
- İki gündən sonra sabiq komandan “Neftçi” Avroliqanın qrup mərhələsində İtaliya “İnter”ini qəbul edəcək. Bu qarşılaşma haqda nə deyə bilərsən?
- Hər bir futbolçu istəyər ki, “İnter” kimi komandaya qarşı oynasın. Mənim “Neftçi”yə inamım böyükdür. Çünki komandanın özünə məxsus oyun üslubu var. Həmçinin yaxşı kollektiv formalaşdıra biliblər. Doğma azarkeş qarşısında oynamaları yaxşı çıxış etmələrinə kömək olacaq.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “İnter”i məğlub edəcəklərinə inandığını deyib. Sən necə fikirləşirsən?
- Bu, mümkündür. Çünki Bakıda həm milli, həm də klub səviyyəsində bir çox güclü komandaları məğlub edə bilmişik. Niyə də “İnter”i məğlub etməyək?
- Ümumiyyətlə, “Neftçi”nin qələbə şanslarını necə görürsən?
- Əvvəla oyunun gedişatından çox şey asılı olacaq. Təmsilçimiz yaxşı çıxış etsə, minimal hesabla qələbə qazana bilərik.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı