“Turan”ın hücumçusu Fərid Quliyev Premyer Liqada “Xəzər Lənkəran”a qalib gəldikləri oyunla bağlı Qol.Az saytına müsahibə verib.
- Əvvəlcə Premyer Liqanın VII turunda evdə “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə məğlub etdiyiniz görüşlə bağlı fikirlərini bilmək istərdik.
- “Qarabağ”a doğma meydanda uduzduqdan sonra azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirdik. “Xəzər Lənkəran”la matçda komanda yoldaşlarım meydanda sanki döyüşürdü. Hesabda geri düşməyimizə baxmayaraq, əsl xarakter nümayiş etdirib qalib gəldik.
- Belə güclü rəqib üzərində qələbə gözləyirdiniz?
- Əgər bizdə istək, inam olmasaydı, qalib gələ bilməzdik. Düzdür, qol buraxdanda hardasa uduzacağımızdan ehtiyatlandım. Çünki ilk qol adətən komandaları psixoloji cəhətdən sındırır. Lakin rəqibin meydanda azlıqda qalmasından istifadə edib üstünlüyü ələ keçirdik, öz oyunumuzu diqtə etməyə başladıq. Yəqin ki, bu qalibiyyətdən sonra özünə inamımız daha da artacaq.
- Qələbə qazanmağınızda “Xəzər Lənkəran”ın iki əsas müdafiəçisi – Ruslan Abışovla Elnur Allahverdiyevin meydandan qovulması yəqin ki, böyük rolu oynadı.
- Əlbəttə, bu, bizim üçün çox üstünlük oldu. Çünki onlar rəqibin əsas oyunçularıdır. Biz də bundan maksimum yararlandıq. Qələbədə baş məşqçimiz Əsgər Abdullayevin ağıllı taktikasını da qeyd etmək istərdim.
- Matç boyu qonaq komandanın futbolçuları daha çox kobud oyunu ilə yadda qaldı.
- Bu, normal idi. Çünki turnir cədvəlində vəziyyətləri yaxşı olmadığı üçün məğlub olmaq istəmirdilər. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov da Tovuza qələbə dalınca gəldiklərini bildirmişdi. Lakin istənilən halda bu qədər kobud oynamaq düzgün deyil.
- Komanda yoldaşın Salif Ballo artıq özündən söz etdirməyə başlayıb. Məhz onun “Xəzər Lənkəran”a vurduğu iki qol sayəsində üç xal qazandınız. Onu “Turan”ın ən uğurlu transferlərindən hesab etmək olar?
- Bu futbolçu digər oyunlarda da komandaya çox fayda verirdi. Rəqib müdafiəçiləri daim təzyiq altında saxlamağı bacarır. Mənim də onunla oyunum çox yaxşı alınır. Həm də “Xəzər Lənkəran” onun sabiq komandası olduğu üçün onlara qarşı daha aqressiv oynayırdı. Çox istəyirdi ki, sabiq komandasını cəzalandırsın. İstəyinə də çatdı.
- Bəs, sən nə vaxt öz sözünü deməyə başlayacaqsan?
- Qol vura bilməsəm də qələbədə pay sahibi oldum. Qarşıda hələ uzun marafon var. İnanıram ki, yaxın zamanda siz əvvəlki Fərid Quliyevi görəcəksiniz. Baş məşqçi Əsgər Abdullayevin şans verərək güvənməsi məni daha da ruhlandırır. İnşallah, yaxın zamanda qolları sıralayacağam.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı