“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın VII turunda səfərdə “Simurq”a qarşılaşdınız və bir xal qazandınız...
- Əslində iki xal itirdik desəh daxşı olar. Ümumilikdə, görüş çox ağır keçdi. Belə olacağı gözlənilirdi. Çünki rəqibimiz hazırda turnir cədvəlinin lideridir. Bunadək bir çox güclü komandadan xal almağı bacarmışdı. Lakin meydanda təkcə “Qarabağ” dominantlıq edirdi. Üstünlüyü tam ələ almışdıq. Bu görüşdə xeyli qol imkanı yaraddəq. Sadəcə, bunları qola çevirə bilmədik.
- “Qarabağ” keçən mövsümdə də yaratdığı qol imkanlarınını çoxundan istifadə edə bilmirdi. Belə görsənir ki, bu problem hələ də aradan qaldırılmayıb.
- İstənilən yaxşı komandada çatışmazlıqlar olur. Lakin bunu sırf “xəstəlik” adlandırmağımız düzgün olmazdı. Əgər bu, bir-iki futbolçu ilə bağlı məsələ olsaydı, sizinlə razılaşardım. Bir çox futbolçumuz yüz faizlik qol imkanlarını qaçırdı. Bunu rəqib komandanın qapıçısının ustalıq səviyyəsiylə də əlaqələndirmək olar. Çünki həmin gün bu qapıçı keçilməz idi. Ancaq oyuna gəldikdə, “Simurq” bizə hər göstəricidə uduzurdu. Fikrimcə, “Simurq” liderliyi qorumaq istəyirsə, daha yaxşı oynamalıdır.
Məncə, növbəti turlarda “Simurq” güclü rəqiblərindən xal ala bilməyəcək və liderliyi itirəcək.
- Xal itirməyinizi psixoloji gərginlikdən tam olaraq qurtula bilməməyinizlə əlaqələndirmək olar?
- Xeyr. Çünki artıq biz AZAL-a məğlubiyyəti unutmuşuq.
- Bu mövsüm “Qarabağ”dan nə gözləyirsən?
- Çempion olacağımızı deyə bilmərəm. Çünki hələ çətin oyunlar qarşıdadır. Lakin Avroliqaya vəsiqəni qazanmaq şansımız var. Bunun üçün oyunumuzu düzəldərək qarşıdakı qarşılaşmalarda qalib gəlməliyik. Bunun öhdəsindən gələ bilsək, niyə də istəyimizə nail olmayaq?
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı