Premyer Liqanın yeddinci turunun “Simurq” qarşı keçiriləcək oyunu ərəfəsində “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev Qol.Az saytının suallarını cavablandırıb
- Zaqataladakı qarşılaşmaya hazırsınız?
- Komandada vəziyyət çox əladır. Sadəcə, “Qarabağ”ın aparıcı üzvlərindən olan Əfran İsmayılov zədəlidir. Belə ki, ayağındakı ağrı özünü büruzə verib. Onun oynayıb-oynamayacağı hələ bilinmir. Komanda səfər qarşılaşmasına çox ciddi hazırlaşıb.
- AZAL-a ağır məğlubiyyətdən sonra səfərdə “Turan”a qalib gəldiniz. Komanda özünüzə gələ bilib?
- Bu cür uduzmaq futbolçuların əhval-ruhiyyəsinə mənfi təsir göstərmişdi. Lakin son uğursuzluqdan bundan sonra komanda yoldaşlarım daha məsuliyyətli olmağa başlayıblar. Hər kəs məşqlərdə ciddi çalışır. İnanıram ki, bunun bəhrəsini görəcəyik. Bu mövsüm məqsədimiz yuxarı yerlər tutmaq və azarkeşlərimizi sevindirməkdir.
- Hazırda “Simurq” turnir cədvəlinin lideridir. Bu amil sizi narahat etmir?
- Kimsədən çəkinmirik. Biz də özümüzə görə adlı-sanlı komandayıq. Düzdü, rəqib bu mövsüm çox inamlı təsir bağışlayır. Ancaq istənilən halda biz Zaqatala səfərindən xalla dönmək istəyirik.
- “Turan”la oyunda baş məşqçiniz Qurban Qurbanov qapını sənə etibar etmişdi. Yenidən start heyətdə yer alacağını söyləmək olar?
- Mən hələ xeyli əvvəl müsahibələrimdə demişdim ki, məşqlərdə hər zaman məsuliyyətlə çalışıram. Uzun müddət əsas heyətdə yer almamağım məni ruhdan salmayıb. Özümə hər zaman güvənmişəm. Şükür Allaha, “Turan”la oyunda bunu bir daha sübut etdim. Qapımız toxunulmaz saxlamaqla yanaşı qələbədə də pay sahibi oldum.
- Səncə, “Simurq”la oyunda qələbə şanslarınız böyükdür?
- Mən hər iki klubun ifasında əzmkar mübarizə gözləyirəm. Lakin şansları 50/50-yə dəyərləndirəm.
- “Qarabağ”da start heyətində daim yer aldıqdan sonra milli komandaya qayıtmaq haqda düşünmürsən?
- Düzü, əsas məqsədlərimdən də biri elə budur. Milli komandanın heyətinə qayıtmaq üçün əlimdən gələni etməyə çalışacağam.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu