“Bakı” klubunun yarımmüdafiəçisi Rəhman Hacıyevin qol.az saytına müsahibəsi
- Premyer Liqanın yeddinci turunda “Sumqayıt” komandasyla qarşılaşacaqsınız. Komandanızı bu görüşə tam hazır saymaq olar?
- Oyuna çox ciddi hazırlaşırıq. Bilirik ki, rəqibimiz bu mövsüm daha yaxşı təsir bağışlayır. Ona görə də bu oyuna yaxşı köklənmişik. Bacardığımız qədər evə uğurlu nəticəylə dönmək istəyirik.
“Sumqayıt” klubunun göstərdiyi oyun göz qabağındadır. Xüsusilə “Neftçi”ylə son qarşılaşması. Heyətindəki futbolçuların əksəriyyəti gənc olduqlarından meydanda daha çox çalışırlar. Fikrimcə, bizi o qədər də asan oyun gözləmir.
- Keçən turda son ölkə çempionu “Neftçi” üzərindəki 3:2 hesablı qələbə qazanmaları sizi qorxutmur ki?
- Xeyr. Heç bir komandadan qorxumuz yoxdur. İstənilən komandaya qarşı öz oyunumuzu oynayırıq. Heyətimizdəki futbolçuların səviyyəsi və potensialı rəqibinkindən yüksəkdir. Sadəcə, keçirdiyimiz görüşlərdə real qol imkanlarından yararlana bilmirik. İnanıram ki, “Sumqayıt”la görüşdə belə olmayacaq.
- “Sumqayıt”ın daha çox hansı özəlliyini qeyd edə bilərsən?
- Mən onların bir çox oyunlarını izləmişəm. Əks-hücumlarda daha təhlükəli olurlar. Elə rəqiblərinə də məhz belə epizodlardan qollar vurublar. Bu, onlarda pis alınmır.
- Bəs, qələbə şanslarınızı necə görürsən?
- Biz səfərə qələbə arxasınca gedirik. Düzdür, istənilən komanda evdə inamlı təsir bağışlayır. Lakin bizim başqa çıxış yolumuz yoxdur. Əlimizdən gələni etməliyik ki, geriyə üç xalla qayıdaq.
- Ümumiyyətlə, bu mövsüm üçün komandanı çempionata tam hazır hesab edirsən?
- Hazırda turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşsaq da, ehtiyatda iki oyunumuz var. Əsası da odur ki, məğlubiyyət acısı yaşamamışıq. Bəli, mən “Bakı”nı mübarizəyə tam hazır hesab edirəm.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu