“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseyinovun qol.az saytına müsahibəsi
- Ard-arda iki məğlubiyyət aldıqdan sonra istefa vermək qərarına gəldiniz.
- Komandanın iki məğlubiyyət alması mənə çox pis təsir etmişdi. Ona görə də bu addımı atdım. Məğlubiyyət və komandanın hazırkı durumunu qəbul edə bilmədim. Bir qədər də əsəbiləşmişdim.
- Amma klub rəhbərliyi istefanızı qəbul etmədi.
- Bəli, “Xəzər Lənkəran”ın prezdenti Mais Mənsimov mənə etimad göstərərək komandada qalmağımı istədi. Çalışmalıyam ki, bu etimadı tez bir zamanda doğruldum. İnanıram ki, bunun öhdəsindən gələcəyəm. Çünki qarşıda hələ uzun marafon var.
- Sizi hazırda “Xəzər Lənkəran”da hansı mövqenin çıxışı qane etmir?
- İlk öncə real qol imkanlarımızdan istifadə edə bilmirik. Eyni zamanda orta və arxa xəttdə də problemlərimiz var. Bunların üzərində işləyirik.
- Necə düşünürsünüz, məğlubiyyətlərdə təcrübəli qapıçınızın olmaması nə dərəcədə rol oynayır?
- Düzdü, qapıçımız gəncdir. Lakin onun çox parlaq gələcəyi var. Eyni zamanda ona böyük etimad göstəririk. Elçin Sadıqlıya ruhdan düşməməyi, öz üzərində daha çox işləməyi tövsiyə etmişəm. Əlbəttə, onun da səhvləri oldu. Lakin heç bir futbolçu səhvlərdən sığortalanmayıb. Hər birimiz səhv edə-edə öyrənirik.
- Bəs qapıçı problemini necə həll etməyi düşünürsünüz? Kamran Ağayev yenidən əsas komandaya qaytarılacaq, yoxsa?
- Bu məsələdə hələ dəqiq bir şey yoxdur. Kamranın komandamıza qayıdacağı haqda xəbərlər isə doğru deyil.
- Premyer Liqanın yeddinci turunda səfərdə “Turan”ın qonağı olacaqsınız. Bu qarşılaşma haqda nə düşünürsünüz?
- “Turan” hazırda güclü təsir bağışlayır. Xüsusən də doğma meydanda çox yaxşı oyun nümayiş etdirir. Rəqibimiz bir çox iddialı kluba çətin anlar yaşatmağı bacarıb. Hətta “Bakı” kimi klubdan səfərdə xal almağı bacarıblar. Biz də bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, evə üç xalla dönək.
- Dalbadal iki məğlubiyyətdən sonra komandanızda psixoloji durum nə yerdədir?
- Normaldır. Çalışmışıq ki, bu problemi aradan qaldıraq. Uduzduğumuz görüşləri artıq yaddan çıxarmışıq. İstəməzdim ki, bu nəticə bir də təkrarlansın.
- Bir çox klublar Tovuz stadionunun durumundan narazıdır. Bəs siz necə?
- Stadionun durumu, ot örtüyü qaydasında olsaydı, yaxşı olardı. Çünki qazonu bərbad stadionda keyfiyyətli futbol göstərmək mümkün deyil. Lakin neyləmək olar?
- “Xəzər Lənkəran” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Yəqin ki, bu, sizi ağır təsir edir.
- Bu haqda danışmaq istəmirəm. Heç mən turnir cədvəlinə də baxmıram. Bunu hələ heç yadıma da salmaq istəmirəm. Məqsədimiz bu vəziyyətdən çıxmaqdır.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu