“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov 525.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
AZAL-a böyükhesablı məğlubiyyətdən sonra komandadakı psixoloji problemi aradan qaldıra bilmisiniz?
- Hətta yaxşı oynadığın müddətdə belə, problemlər daim olur. Lakin sözsüz ki, məğlubiyyət zamanı bu problemlər daha qabarıq şəkildə üzə çıxır. Əlbəttə, biz çalışacağıq ki, bu çatışmazlıqlar az olsun.
- Bir vaxtlar Əfran İsmayılov və Rauf Əliyev Azərbaycan futbolunun gələcək ulduzları hesab olunurdular. Lakin son zaman özlərinə bənzəmirlər. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bəli, çox zəif çıxış edirdilər. Rauf Əliyev millinin İsraillə oyunundan erkən əvəzləndikdən, Portuqaliyadakı görüşdə isə meydana çıxmadığından öz üzərində daha çox işləməyə başlayıb. Bir sözl,ə daha diqqətli çalışır. Sadəcə, onların elə bir yaş dövrüdür ki, nə mən onların problemlərin baş açıram, nə də valideyinləri. Ümumiyyətlə, bu yaş dövrü bir az çətindir. Belə vaxtda uğur əldə etdikdən bir az sonra eniş olur. Hər iki futbolçuyla bu barədə ətraflı danışmışıq. Onlara demişəm ki, mənə il boyu sabit çıxış etməyi bacaran futbolçu lazımdır. Əslində bu, təkcə mənə deyil, Əfranla Raufun özləri və gələcək karyeraları üçün də yaxşı olar. Futbolçu yaşından asılı olmayaraq, çalışmalıdır ki, il boyu sabit çıxış etsin.
- Əgər vəziyyət belə davam etsə, onları komandadan göndərməyiniz gözlənilirmi?
- Təkcə Əfran və Rauf deyil, istənilən futbolçu mənim istədiyim kimi çıxış etməsə, komandadan gedə bilər. Əvvəllər yerli futbolçu olduqları və təcrübə toplamaları üçün onlara güzəştə gedirdik. Lakin futbolçulardan istədiyimi ala bilməsəm, sözsüz ki, dəyişiklər olacaq. Bunu legionerlərə də aid edirəm. Bunu özləri də yaxşı bilir. Çünki hər şey onlara açıq-aydın deyilib. Futbolçular işlərinə ciddi və məsuliyyətli yanaşmalıdırlar. Ola bilsin, futbolçu məşq zamanı verdiyim tapşırıqları yerinə yetirsin, ancaq meydanda nə iş gördüyünü, nə etdiyi bilməsin. Ona görə də hər biriylə bu haqda ciddi söhbətimiz olub.
- AZAL-a 2:6 hesabıyla məğlubiyyətdən sonra istefa vermək qərarına gəldiniz. Uzun illər bu komandanı çalışdıran biri kimi niyə qəflətən belə etmək qərarına gəldiniz? Belə təəssürat yarandı ki, sanki “Qarabağ”da hər şeydən bezmisiniz.
- Sadəcə, mən həm oyunun gedişatında, həm də mətbuat konfransında çox əsəbi idim. Çünki komanda çox böyük, ən əsası da “Qarabağ”a yaraşmayan səhvlərə yol vermişdi. Ancaq normal bir formada öz fikirlərimi söylədim. Bildirdim ki, rəhbərliklə görüşüb bir çox məsələyə aydınlıq gətirəcəyik. Təbii ki, problemləri özüm yaxşı bilirəm. Bunları açıqlamaq bəlkə də düzgün olmazdı. Lakin çox çalışsan da, əziyyət çəksən də, belə uğursuzluqlar hərdən qaçılmaz olur. Heç bir komanda qara zolağa düşməkdən sığortalanmayıb. Çox nadir hallarda ola bilər ki, baş məşqçi daim bir klubda işləyib hər zaman uğurlu nəticələr əldə etsin. Mən də belə bir fikir yürütdüm. Sonra rəhbərliklə danışığımız oldu və hər şey qaydasına düşdü. Bəzən elə olur ki, məşqçi düşündüyünü futbolçu verə bilmir. Elə də olur ki, istədiyin futbolçu sərəncamında olmur. Biz bunu hətta böyük klublarda da görmüşük. Bundan sonra daha yaxşı komanda formalaşdırmaq və uğurlu nəticələr əldə etmək üçün futbolçulardan daha çox şey tələb ediləcək.
- Sizin istəyinizlə klub rəhbərliyi futbolçulara pul cəzası kəsdi. Bunun nə kimi xeyiri olacağını düşünürsünüz?
- Təkcə futbolçular deyil, mən özümü də cərimələmişəm. Cərimə kollektiv olaraq kəsilib. Düşündüm ki, bu addım vacib idi. Çünki həmişə pul almaq olmaz, arada özümüz də verməliyik.
- “Turan”la son oyunda Fərhad Vəliyevə şans vermişdiniz. O, qapısının toxunulmazlığını saxlayaraq ümidinizi doğrultdu. Növbəti turlarda da onu start heyətdə görə biləcəyik?
- Əvvəla, onu deyim ki, Fərhad üçün mənim komandamda hər zaman yer var. Onun təcrübəsi çox önəmlidir. Bəzən heç düşünmədən də onu qapıya qoya bilərəm. Lakin bu o demək deyil ki, Fərhad da daim oynayacaq. İstəyim komandada rəqabəti gücləndirməkdir. Mən “Qarabağ”a qapıçı gətirməsəm belə, Fərhad əsas qapıçılarımdan hesab edilir. Vəliyev o qədər çox təcrübəyə malikdir ki, onun üçün 2-3 ay oynamamaq problem sayılmaz. Digər qapçıya gəlincə, onun təcrübə yığmasına ehtiyac var.
- Necə düşünürsünüz, hər şeyə rəğmən, bu mövsüm “Qarabağ” ən azından Avroliqaya vəsiqə qazana biləcəkmi?
- Futbolda istəmədiyin nəticələr də olur. Lakin mən sadəcə, öz adıma söz verə bilərəm. Əlimdən gələn hər şey edəcəyəm ki, komanda yuxarı pillələrdə olsun. Böyükhesablı məğlubiyyətdən sonra “Qarabağ”ın azarkeşləri ilə görüşümüz oldu. Onlar komandaya və mənə güvəndiklərini bildirdilər. Hətta daim məşqlərimizdə də iştirak edirlər.
- Bir az da Premyer Liqada bu həftə lider “Simurq”la səfərdə keçirəcəyiniz növbəti oyununuz haqda danışaq.
- Zaqatala təmsilçisi yaxşı formalaşıb. Son vaxtlar yaxşı oyunu ilə diqqət çəkir. Təsadüfi deyil ki, hazırda turnir cədvəlində liderdir. Bizim üçün bu qarşılaşma çox vacibdir. Baxmayaraq ki, böyükhesablı məğlubiyyətdən sonra komandamızda hələ çatışmazlıqlar var. Bu, “Turan”la görüşdə də nəzərə çarpdı.
- Bəs, qələbə şanslarınızı necə görürsünüz?
- Üstünlük “Simurq” tərəfindədir. Həm doğma meydan amili, həm də lider olaraq özlərinə inam hissi çox yüksəkdir. Hətta rəqib futbolçuların mətbuata açıqlamalarında da oxudum ki, liderliklərini hələ uzun müddət qoruyub saxlayacaqlarını düşünürlər. Lakin biz də, təcrübəli və yaxşı futbolçulardan ibarət bir komandayıq. Çox yaxşı kollektivə sahibik. Hər şeyə rəğmən, mən düşünürəm ki, bu görüş çempionatın ən maraqlı oyunlardan biri olacaq.
Mənbə: 525.az
Tramp klublararası dünya çempionatının finalında olacaq
"Kəpəz"dən növbəti transfer - Rəsmi
"Arsenal" onunla yeni müqavilə imzalamağa yaxındır
"Barselona" onu Levandovskinin əvəzi kimi istəyir
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Real" 20 yaşlı hücumçunu transfer etdi
"Zirə" İordaniya klubuna qalib gəldi
"İmişli"də yeni müqavilə - Rəsmi
“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”
"Mançester Yunayted"də ciddi itki
Emreli yoxlama oyununda yenə qol vurdu
"Real" Vinisiusla aparılan danışıqları dayandırdı
"Barselona"da 4 illik müqavilə
"Karvan" braziliyalı futbolçu transfer etdi
"Kəpəz"dən Ehtiram Şahverdiyev qərarı
Pioli rəsmən "Fiorentina"da
“Qəbələ” yeni transferini açıqladı
"Bayer" ABŞ millisinin üzvünü aldı
“Turan Tovuz” “Traktor”la qarşılaşacaq - Rəsmi
"Sabah"ın rəqibində ayrılıq
Levandovskinin yeni imici - Şəkillər
Azərbaycan klublarının mövqeyi məlum oldu - Dünya reytinqi
Donnarummanı transfer etmək istəyən nəhəng klub
Lui van Qal xərçəngə qalib gəldi
DÇ-2030-un finalı bu stadionda keçiriləcək
“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer
“Komandamızın çıxışı gələcəyə ümid verdi” - Qurban Qurbanov
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər