Bu günlərdə “Xəzər Lənkəran” klubunun məşqçisi vəzifəsinə gətirilən veteran futbolçu Emin Quliyev təyinatı ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- “Xəzər Lənkəran”da işləmək təklifi sizə Yunis Hüseynovdan gəldi, yoxsa klub rəhbərliyindən?
- Bu təklifi mənə birbaşa rəhbərlik etdi. Daha doğrusu, təklifi klubun prezidenti Mais Mənsimov etmişdi. Mənə inandıqları üçün rəhbərliyə öz təşəkkürümü bildirirəm.
- Təklifi dərhal qəbul etdin?
- Bilirsiniz, mən uzun müddətdir futbolu buraxmışdım. Amma hələ bir neçə il oynamaq üçün özümdə güc hiss edirdim. Lakin sonradan nədənsə, alınmadı. Bu üzdən peşəkar futbol üçün çox darıxmışdım. Demək olar ki, dəli kimi olmuşdum. Futbolsuz qala bilmirdim. Ona görə də klub rəhbərliyinin, komandanın mənə yaxın olduğunu nəzərə alıb, düşünmədən razılıq verdim.
- Yəqin ki, artıq yeni iş yerin və futbolçularla tanış olmusan. “Xəzər Lənkəran” haqda nə deyə bilərsən?
- Komandada hər şey qaydasındadır. Bu komanda mənim köhnə klubumdur. Futbolçu kimi bu komanda üçün bacardığımı etməyə çalışmışam. Məşqçi kimi də canla-başla işləyəcəyəm.
- Komandanızın son turlar uğursuz çıxışı haqda nə deyə bilərsiz?
- Belə hallar istənilən komandanın başına gəlir. Ona görə də ruhdan düşmək lazım deyil. İnanıram ki, hər şey öz qaydasına düşəcək.
- Komandanızın futbolçularının səviyyəsindən razısanmı?
- Həm yerli, həm də əcnəbi futbolçuların səviyyəsi xoşuma gəlir. Hər birinin potensialının böyük olduğunu düşünürəm. İnanıram ki, bu futbolçularla uğur əldə edə biləcəyik.
- Lakin qapıçı haqda bunu demək olmaz. Sən də bu fikirlə razısan?
- Sizinlə razıyam ki, qapıçımız hələ gənc və təcrübəsizdir. Bu üzdən bu çatışmazlıqları aradan qaldırmağa çalışırıq.
- Yunis Hüseynovun iki məğlubiyyətdən sonra istefa verməsini necə qarşıladınız?
- Məncə, istefa verməyi düzgün olmazdı. Əlbəttə ki, qalıb işləməlidir. 1-2 uğursuz oyuna görə istefa vermək olmaz. Komanda var ki, beş oyun məğlub olur. Lakin məşqçi istefa vermədən işini davam etdirir və sonradan istədiyinə nail olur. Qarşıda hələ uzun marafon var. Bilmək olmaz, hələ bundan sonra kimlər xal itirəcək, kimlər isə irəliləyəcək.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü